İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem Dünya Çempionatı zamanı reklam və sponsorluq müqavilələrindən təxminən 25 milyon dollar qazanaraq turnirin ən çox gəlir əldə edən simalarından birinə çevrilib.
“Mirror” nəşrinin məlumatına görə, 51 yaşlı əfsanənin turnirdən əldə etdiyi gəlir çempionat çərçivəsində çıxış edən dünya şöhrətli musiqi ulduzlarının qonorarını da geridə qoyub. Belə ki, açılış və bağlanış mərasimlərində səhnəyə çıxan Şakiranın təxminən 20 milyon dollar, final matçının fasiləsində möhtəşəm şou göstərən Castin Biberin isə təxminən 16 milyon dollar qazandığı bildirilir. Buna baxmayaraq, 51 yaşlı əfsanənin turnirdən əldə etdiyi gəlir hər iki sənətçinin qazancından daha yüksək olub.
Turnir boyunca “McDonald’s”, “Walkers” və “Stella Artois” kimi nəhəng brendlərin reklam kampaniyalarında yer alan Bekhem, həm də oyunlar zamanı VIP tribunaların en diqqətçəkən siması olub.