Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41
Ölkə futbolu

Bir vaxtlar “Qarabağ”ın şərəfini qorumuş, hazırda Bolqarıstanın “Minyor” klubunda çıxış edən yarımmüdafiəçi Simeon Slavçev “DIEMA SPORT” kanalının “Futbol Evi” verilişində diqqətçəkən açıqlamalar verib.

Təcrübəli futbolçu Avropa Liqası çərçivəsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya) matçını təhlil edərək, Ağdam təmsilçisinin oyun fəlsəfəsini, Qurban Qurbanovun idarəçilik modelini və qarşılaşmanın taktiki incəliklərini bölüşüb.

Slavçev bildirib ki, “Qarabağ” illər ərzində nə qədər dəyişsə də, öz oyun kimliyini və sabitliyini mükəmməl şəkildə qoruyub saxlayır: “Sükan arxasında 15 ildən çoxdur ki, Qurban Qurbanov dayanır. “Qarabağ” saat kimi dəqiq işləyən vahid bir mexanizmdir, bura qədəm qoyan hər bir futbolçu meydandakı rolunu və tapşırığını əla dərk edir. Onların oyun üslubu “Mançester Siti” “Sportinq” və “Benfika”nı xatırladır. “Liverpul” və ya “Nyukasl” kimi nəhənglərə qarşı oyunlarda belə öz fəlsəfələrindən imtina etmirlər. Topa nəzarət etməkdən qorxmurlar və elə buna görə də Avropada bu qədər irəli gedə biliblər”.

Ağdam klubunun idarəçilik modelini yüksək qiymətləndirən bolqarıstanlı yarımmüdafiəçi, Qurban Qurbanovun daim öz üzərində işlədiyini vurğulayıb: “Azərbaycan futbolunu köhnə metodlarla assosiasiya edənlər tamamilə yanılırlar. “Qarabağ”da ən yüksək Avropa standartları tətbiq olunur. Baş məşqçi “Mançester Siti”, “Roma”, “Bayer” kimi nəhəng klublarda mütəmadi təcrübə keçir. Komandada təşviş, qorxusu yoxdur — hətta titulu itirəndə belə soyuqqanlılığı qoruyurlar. Onların uğurları tamamilə təbii və müasir futbol innovasiyalarına söykənir”.

Matçdan öncə heç kimin onunla əlaqə saxlamadığını bildirən Slavçev, ÇSKA üçün matçın taktiki açarını təqdim edib: “Mənə nə ÇSKA-dan, nə də “Qarabağ”dan zəng ediblər. Halбуki “Qarabağ”ın üslubunu yaxşı bildiyim üçün çox faydalı ola bilərdim. “Qarabağ” topu itirdikdən sonra ilk 4-5 saniyə ərzində çox aqressiv presinq tətbiq edir. Mərkəz müdafiəçiləri hücuma qoşulanda cinah müdafiəçiləri çox irəli çıxır. ÇSKA məhz bu cinahların arxasındakı bosluqlardan sürətli əks-hücumlarla yararlanmalıdır”.

Slavçev Sofiya təmsilçisinə mərkəzdə “Qarabağ”la açıq futbola girməməyi tövsiyə edib: “ÇSKA yarımmüdafiədə “Qarabağ”ı üstələməyə çalışsa, məğlub olacaq. Çünki azərbaycanlıların avrokubok təcrübəsi qat-qat çoxdur. Bakıda 0:0 hesabı ÇSKA üçün əla nəticə olardı, çünki cavab oyununda öz azarkeş faktoru rol oynaya bilər. Şəxsən mən “Qarabağ”ın önə keçəcəyini gözləyirəm, amma futbol hər zaman sürprizlərlə doludur”.

Paylaş:

Xəbər Lenti

“FIFA oyunu satıb, arxasında masonlar dayanır” – UFC döyüşçüsündən qalmaqallı iddia

24.07.26 | 03:53

Azərbaycan Premyer Liqası və kubokunun tam təqvimi (2026/27)

24.07.26 | 02:07

“Makkabi”, “Dinamo” və ya PAOK: “Qarabağ”ı Avropada kimlər gözləyir?

24.07.26 | 02:52

Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40

Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52

“Sofiyaya qalibiyyət üçün gedəcəyik” – Qurban Qurbanov Bakıdakı heç-heçəni, isti havanı və rəqibin gücünü dəyərləndirdi

24.07.26 | 00:13

Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54

Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09

Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05

“Barselona”da Frenki de Yonq böhranı: Əməliyyat masası, milliyə qəzəb və Fliklə gərginlik

23.07.26 | 18:02

Devid Bekhem mundialda Şakira, Biber və İngiltərə millisini geridə qoydu

23.07.26 | 18:23

Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35

“Şəfa”dan niderlandlı transfer: Kristofer Mamengi heyətdə!

23.07.26 | 15:37

“Araz-Naxçıvan”dan növbəti transfer: “Neftçi”nin keçmiş futbolçusu Naxçıvan təmsilçisində!

23.07.26 | 15:37

Emin Mahmudovun yubiley qolu…

23.07.26 | 15:37

Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20

“Payde”nin baş məşqçisi “Zirə” ilə matç öncəsi iddialı danışdı: “Nəyi gözləyirik, Milad bayramını?”

23.07.26 | 14:00

Bakıda həlledici döyüş: ÇSKA daxili qalmaqal və Vitanovun xəbərdarlığı ilə “Qarabağ”ın qonağı olur

23.07.26 | 14:35

Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41

Zidan millinin sükanı arxasında: 4 İllik müqavilə və ulduzlu məşqçilər korpusu

23.07.26 | 01:26