Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20
Ölkə futbolu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Zirə”nin rəqibi olan Estoniyanın “Payde Linnameeskond” klubu növbəti dəfə daxili problemləri və psixoloji gərginliyi fonunda Avropa arenasına çıxır. Daxili çempionatda sabitlikdən uzaq olan, lakin avrokuboklarda toparlanmağı bacaran estonlar bu dəfə Rəşad Sadıqovun intizamlı “Zirə”si ilə üz-üzə gələcəklər.

I təsnifat mərhələsində Litva “Hegelmann”ını (səfərdə 1:1, evdə 3:0) üstələyən “Payde” cavab matçında hücumçu Modu Sohnanın möhtəşəm oyunu ilə mərhələni adlamışdı. Lakin daxili birincilikdəki son tur komandanın əhval-ruhiyyəsinə ciddi zərbə vurub.

Ötən həftəsonu Estoniya çempionatında “Harju”ya qarşı matçda əsas heyətdə 9 dəyişiklik edən baş məşqçi Tarmo Kink ilk hissədəcə qapısında 5 qol görərək 2:5 hesabı ilə gözlənilməz məğlubiyyət yaşayıb. Kink məsuliyyəti üzərinə götürsə də, komandanın təcrübəli oyunçularının bu cür darmadağına yol verməsi klubda narazılıq yaradıb. Bununla belə, estoniyalı mütəxəssis “Zirə” ilə matçdan öncə bu uğursuzluğun üzərində çox dayanmamağa çağırıb: “Əlbəttə, bəhanəmiz ola bilməz, məsuliyyəti bölüşməliyik. Amma keçmişdə qalmağın mənası yoxdur. Tamamilə yeni oyuna və yeni seriyaya fokuslanmalıyıq”.

Ötən mövsüm  Premyer Liqada 5-ci pillədə başa vuran, lakin “Turan Tovuz”un cəzasına görə avrokuboklara vəsiqə qazanan “Zirə” mövsümə möhtəşəm başlayıb. I təsnifat mərhələsində Gürcüstanın Kutaisi “Torpedo”sunu həm evdə, həm də səfərdə 3:0 hesabı ilə üstələyən qəsəbə təmsilçisi artıq tam döyüş hazırlığındadır.

İlk oyunda braziliyalı müdafiəçi Ruan Renatonun dublu, cavab matçında isə 23 yaşlı türkiyəli hücumçu Eren Aydının iki qolu “Zirə”nin hücum xəttindəki rəngarəngliyini göstərdi.

“Payde”nin baş məşqçisi Tarmo Kink rəqibin gücünü belə qiymətləndirir: “Zirə”’ çox təşkilatlanmış və intizamlı komandadır. Topla oynamağı bacarırlar, müdafiədə kompakt hərəkət edirlər və əks-hücumlarda çox təhlükəlidirlər. Heyətlərində keyfiyyətli legionerlər var. Azərbaycan futbolunun əfsanəsi Rəşad Sadıqovun 6 ildir bu postda olması da komandanın sabitliyindən xəbər verir”.

“Zirə”nin heyətində Estoniya futboluna yaxından bələd olan bir neçə futbolçu və mütəxəssis diqqət çəkir. Komandanın ruandalı mərkəz müdafiəçisi Anje Mutsinzi bu ilin mart ayında FİFA turniri çərçivəsində Ruanda millisinin heyətində Estoniyaya qarşı keçirilən görüşdə 90 dəqiqə meydanda olub. Təcrübəli cinah oyunçusu Qismət Alıyev isə karyerasının əvvəlində “Qəbələ”də estoniyalı Sergey Zenyovla eyni komandada çıxış edib. O, həmçinin UEFA Millətlər Liqasında Tallində Estoniya millisinə qol vuran Azərbaycan yığmasının üzvlərindən biri olub. Komandanın mərkəz xəttində isə əsas yükü “Oser” akademiyasının yetirməsi olan 30 yaşlı fransalı İbrahim Konate ilə “Portu” futbol məktəbindən yetişmiş 29 yaşlı portuqaliyalı Vyerinya daşıyır. Bu futbolçuların təcrübəsi “Zirə”nin orta sahədə ən böyük üstünlüklərindən hesab olunur.

Estoniya təmsilçisinin baş məşqçisi ilk matçın doğma meydanda olmasına baxmayaraq, ehtiyatlı deyil, cəsarətli futbol oynayacaqlarını bildirib.

Xatırladaq ki, “Zirə” – “Payde” qarşılaşması Pyarnu şəhərində yerləşən “Pyarnu Rannastaadion” stadionunda saat 20:00-da start götürəcək.         

Paylaş:

Xəbər Lenti

“FIFA oyunu satıb, arxasında masonlar dayanır” – UFC döyüşçüsündən qalmaqallı iddia

24.07.26 | 03:53

Azərbaycan Premyer Liqası və kubokunun tam təqvimi (2026/27)

24.07.26 | 02:07

“Makkabi”, “Dinamo” və ya PAOK: “Qarabağ”ı Avropada kimlər gözləyir?

24.07.26 | 02:52

Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40

Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52

“Sofiyaya qalibiyyət üçün gedəcəyik” – Qurban Qurbanov Bakıdakı heç-heçəni, isti havanı və rəqibin gücünü dəyərləndirdi

24.07.26 | 00:13

Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54

Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09

Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05

“Barselona”da Frenki de Yonq böhranı: Əməliyyat masası, milliyə qəzəb və Fliklə gərginlik

23.07.26 | 18:02

Devid Bekhem mundialda Şakira, Biber və İngiltərə millisini geridə qoydu

23.07.26 | 18:23

Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35

“Şəfa”dan niderlandlı transfer: Kristofer Mamengi heyətdə!

23.07.26 | 15:37

“Araz-Naxçıvan”dan növbəti transfer: “Neftçi”nin keçmiş futbolçusu Naxçıvan təmsilçisində!

23.07.26 | 15:37

Emin Mahmudovun yubiley qolu…

23.07.26 | 15:37

Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20

“Payde”nin baş məşqçisi “Zirə” ilə matç öncəsi iddialı danışdı: “Nəyi gözləyirik, Milad bayramını?”

23.07.26 | 14:00

Bakıda həlledici döyüş: ÇSKA daxili qalmaqal və Vitanovun xəbərdarlığı ilə “Qarabağ”ın qonağı olur

23.07.26 | 14:35

Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41

Zidan millinin sükanı arxasında: 4 İllik müqavilə və ulduzlu məşqçilər korpusu

23.07.26 | 01:26