Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05
Ölkə futbolu

İlk 45 dəqiqə ərzində meydanda yalnız bir komanda var idi: “Zirə” topa nəzarəti tam olaraq ələ keçirmiş, rəqib qapısına 10 zərbə endirmişdi. Estonlar isə “Zirə”nin təzyiqi qarşısında çaşqın düşərək ilk yarıda təmsilçimizin qapısına bir zərbə də vurmağı bacarmadılar. Lakin hücumların məntiqi sonluqla bitməməsi komandaların fasiləyə qolsuz bərabərliklə yollanmasına səbəb oldu.

Fasilədən sonra “Payde” oyunda dönüş yaratmağa çalışdı. Meydan sahibləri 56-cı dəqiqədə matçda ilk təhlükəli zərbələrini vurdular, Badamosinin başla zərbəsini qapıçı Aydın Bayramov çətinliklə künc zərbəsinə çıxardı.

Oyunun sonlarına doğru hər iki məşqçi ard-arda əvəzetmələrə əl atdı. “Payde”nin meydana sonradan daxil olan hücumçuları təzyiqi artırmağa başladılar.  Bütün qarşılaşmanın gedişatına zidd olan qol isə 87-ci dəqiqədə gəldi. Henri Anierin təhlükəli zərbəsini Aydın Bayramov yenidən möhtəşəm seyvlə qaytarsa da, topa birinci çatan əvəzetmədən meydana daxil olan Pa Abdu Çam oldu. O, təkrar zərbə ilə topu torla görüşdürərək hesabda meydan sahiblərini önə keçirdi.

Qalan qısa vaxt ərzində “Zirə” hesabda tarazlığı bərpa etmək üçün irəli atılsa da, “Payde” müdafiəsi təhlükənin qarşısını ala bildi.

Oyunun ümumi mənzərəsinə baxdıqda “Zirə”nin bu məğlubiyyəti məntiqsiz görünsə də, futbol imkanlardan istifadə etməyənləri bağışlamır.

Cütün taleyinə iyulun 30-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.

“Payde” (Estoniya) – “Zirə” (Azərbaycan) 1:0 (0:0)

Qol: Pa Abdu Çam, 87 (1:0)

Baş hakim: Roman Jitari (Moldova).

“Payde”: Ebrima Jarju, Nikita Baranov, Viktor Uqo, Edqar Tur, Mikael Lilander, Oskar Hıym (k), Modu Sohna (Daniel Kabral, 77), Martin Miller (Xenrik Oyamaa, 79), Daniel Luts (Kristofer Piht, 86), Siim Luts (Pa Abdu Çam, 79), Abdurahman Badamosi (Xenri Anier, 79).

“Zirə”: Aydın Bayramov, Ruan Renato, Amin Seydiyev, Qismət Əliyev (k), İssa Djibrilla (Anje Mutsinzi, 75), Brahim Konate, Guima (İsmaıl İbrahimli, 60), Vyerinya (Giorgi Papunaşvili, 75), Eren Aydın, Junior Martins (Kris Digbeu, 60), Davit Volkov.

Sarı vərəqələr: S. Luts, N.Baranov – A.Seydiyev

Paylaş:

Xəbər Lenti

“FIFA oyunu satıb, arxasında masonlar dayanır” – UFC döyüşçüsündən qalmaqallı iddia

24.07.26 | 03:53

Azərbaycan Premyer Liqası və kubokunun tam təqvimi (2026/27)

24.07.26 | 02:07

“Makkabi”, “Dinamo” və ya PAOK: “Qarabağ”ı Avropada kimlər gözləyir?

24.07.26 | 02:52

Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40

Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52

“Sofiyaya qalibiyyət üçün gedəcəyik” – Qurban Qurbanov Bakıdakı heç-heçəni, isti havanı və rəqibin gücünü dəyərləndirdi

24.07.26 | 00:13

Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54

Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09

Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05

“Barselona”da Frenki de Yonq böhranı: Əməliyyat masası, milliyə qəzəb və Fliklə gərginlik

23.07.26 | 18:02

Devid Bekhem mundialda Şakira, Biber və İngiltərə millisini geridə qoydu

23.07.26 | 18:23

Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35

“Şəfa”dan niderlandlı transfer: Kristofer Mamengi heyətdə!

23.07.26 | 15:37

“Araz-Naxçıvan”dan növbəti transfer: “Neftçi”nin keçmiş futbolçusu Naxçıvan təmsilçisində!

23.07.26 | 15:37

Emin Mahmudovun yubiley qolu…

23.07.26 | 15:37

Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20

“Payde”nin baş məşqçisi “Zirə” ilə matç öncəsi iddialı danışdı: “Nəyi gözləyirik, Milad bayramını?”

23.07.26 | 14:00

Bakıda həlledici döyüş: ÇSKA daxili qalmaqal və Vitanovun xəbərdarlığı ilə “Qarabağ”ın qonağı olur

23.07.26 | 14:35

Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41

Zidan millinin sükanı arxasında: 4 İllik müqavilə və ulduzlu məşqçilər korpusu

23.07.26 | 01:26