Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35
Dünya futbolu

İspaniya millisinin kapitanı kimi komandasını dünya çempionluğuna daşıyan və turnirin ən yaxşı futbolçusu seçilən Rodri yenidən zədə problemi ilə üzləşib.

“The Athletic” nəşrinin məlumatına görə, təcrübəli yarımmüdafiəçinin yay istirahəti planlaşdırıldığından daha qısa olacaq. Bel nahiyəsindən ciddi zədə alan ispan futbolçunun əməliyyat olunacağı bildirilir.

“Mançester Siti” hələlik bu xəbəri rəsmi şəkildə təsdiqləməyib. Zədənin ağırlıq dərəcəsi və Rodrinin yaşıl meydanlardan nə qədər uzaq qalacağı da hələ məlum deyil. İngiltərə Premyer Liqasının yeni mövsümünün başlamasına təxminən bir ay qalmış bu xəbər “şəhərlilər”in hazırlıq planlarına ciddi təsir göstərə bilər.

Son illər Rodri ardıcıl zədələrdən əziyyət çəkir. O, 2024-cü ildə dizinin ön çarpaz bağlarını qopardığı üçün demək olar ki, bütün mövsümü buraxmışdı. Uzunmüddətli bərpa prosesindən sonra meydana qayıdan yarımmüdafiəçi yenidən sağlamlıq problemləri ilə üzləşdi. Qasıq və baldır əzələsindəki zədələr səbəbindən o, “Mançester Siti”nin ötən mövsüm Premyer Liqanı ikinci pillədə başa vurduğu çempionatda 38 oyunun cəmi 17-də start heyətində yer alıb.

Maraqlıdır ki, Rodri karyerasının ən uğurlu mərhələlərindən sonra ardıcıl zədələr alır. O, 2024-cü ildə “Qızıl top” mükafatını qazandıqdan qısa müddət sonra ağır zədə ilə sıradan çıxmışdı. Bu dəfə isə İspaniya millisinin heyətində dünya çempionu olduqdan və turnirin ən yaxşı futbolçusu seçildikdən sonra yenidən əməliyyat ehtimalı ilə üz-üzə qalıb.

Zədə problemləri ilə yanaşı, Rodrinin “Mançester Siti”dəki gələcəyi də sual altındadır. İspaniyalı futbolçunun klubla müqaviləsinin müddəti cəmi bir ildən sonra başa çatacaq. O, hələlik yeni müqavilə imzalamağa tələsmir. Məlumata görə, yarımmüdafiəçinin vəziyyətini yaxından izləyən və onun transferində ən ciddi maraqlı tərəf kimi göstərilən klub “Real”ıdır. Burada hesab edirlər ki, Rodri tam sağaldıqdan sonra komandanın orta xəttini gücləndirə biləcək əsas namizədlərdən biridir.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16