Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ” öz meydanında Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edib. Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən gərgin qarşılaşmada azarkeşlər qol görmədilər.

Görüş gözlənildiyi kimi Qurban Qurbanovun yetirmələrinin üstünlüyü ilə başladı. “Köhlən atlılar” ilk dəqiqələrdən topa nəzarəti ələ alaraq Xristo Yanevin komandasını meydanın özlərinə aid olan hissəsinə qapanmağa məcbur etdilər. Lakin ÇSKA müdafiədə son dərəcə mütəşəkkil və nizam-intizamlı oyun nümayiş etdirərək, təmsilçimizin cərimə meydançası daxilində təhlükəli vəziyyətlər yaratmasına imkan vermədi.

Bolqarlar əsas diqqəti müdafiəyə yönəldərək sürətli əks-hücumlar və standart vəziyyətlərdən şans axtarmağa çalışsa da, ilk hissədə hər iki komandanın hücumlarının yekun ötürmələrində dəqiqlik çatışmırdı.

İkinci hissəyə qonaqlar daha fəal başlasalar da, qısa müddətdə “Qarabağ” yenidən təşəbbüsə yiyələndi. 58-ci dəqiqədə matçın kulminasiya nöqtəsi yaşandı. Belə ki, künc zərbəsindən sonra top rəqib toruna daxil olsa da, VAR yoxlamasından sonra oyundankənar vəziyyət qeydə alındı və qol ləğv edildi.  Sol cinah müdafiəçisi Bruno Langa zədələnərək meydanı tərk etməli oldu. Onu əvəzləyən Elvin Cəfərquliyev isə oyuna daxil olduqdan sonra həm müdafiədə, həm də hücum xəttində nümayiş etdirdiyi dinamika ilə matçın ən fəal fiqurlarından birinə çevrildi.

Oyunda canlanma yaratmaq istəyən Qurban Qurbanov son dəqiqələrdə meydana yeni transfer Coni Montiyel, Renaldo Sefas və Cəli Muaddibi buraxdı. Matçın son hissəsində ağdamlıların cərimə meydançası ətrafında qurduğu ciddi təzyiqə və künc zərbələrinə baxmayaraq, ÇSKA-nın qapıçısı Fyodor Lapouxov və müdafiə xətti etibarlı oynayaraq qapılarını toxunulmaz saxlaya bildilər.

Bakıdakı 0:0 hesabı cütün taleyini tamamilə cavab oyununa daşıyır. İyulun 30-da Sofiyada keçiriləcək cavab qarşılaşmasında Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanacaq komanda bəlli olacaq.

“QARABAĞ” (Azərbaycan) – ÇSKA (Bolqarıstan) 0:0

Baş hakim: Daniele Kiffi (İtaliya)

“Qarabağ”: Mateuş Koxalski, Badavi Hüseynov (k) (Çebrail Makreckis, 74), Bertse Varkonyi, Mateus Silva, Bruno Langa (Elvin Cəfərquliyev, 56), Pedro Bikalyo, Marko Yankoviç (Renaldo Sefas, 56), Kadi, Aleksey Kaşuk (Cəli Muaddib, 74), Abdella Zubir (Coni Montiyel, 78), Zakariya Savo

ÇSKA: Fyodor Lapouxov, Teodor İvanov, Fakundo Rodriges, Pastor, Andjelo Martino (Tamimu Ouru, 84), Jan-Filipp Gbamen, Bruno Jordao (k), Maks Ebong, Stefano Sensi, Ioannis Pittas, Leandro Godoy

Sarı vərəqələr: Leandro Godoy, Marko Yankoviç, Fakundo Rodriges

Paylaş:

Xəbər Lenti

“FIFA oyunu satıb, arxasında masonlar dayanır” – UFC döyüşçüsündən qalmaqallı iddia

24.07.26 | 03:53

Azərbaycan Premyer Liqası və kubokunun tam təqvimi (2026/27)

24.07.26 | 02:07

“Makkabi”, “Dinamo” və ya PAOK: “Qarabağ”ı Avropada kimlər gözləyir?

24.07.26 | 02:52

Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40

Xristo Yanev: “Bakıdakı heç-heçə bizim üçün yaxşı nəticədir, Sofiyada fərqli ÇSKA olacaq”

24.07.26 | 01:52

“Sofiyaya qalibiyyət üçün gedəcəyik” – Qurban Qurbanov Bakıdakı heç-heçəni, isti havanı və rəqibin gücünü dəyərləndirdi

24.07.26 | 00:13

Bakıda qolsuz sülh: “Qarabağ” mərhələ taleyini Sofiyaya saxladı

24.07.26 | 00:54

Tarmo Kink: “Daha cəsarətli oynadıq və təhlükəli tərəf biz idik”

24.07.26 | 00:09

Üstün oyun, acı nəticə: “Zirə” Estoniyada son dəqiqə qolu ilə uduzdu

23.07.26 | 23:05

“Barselona”da Frenki de Yonq böhranı: Əməliyyat masası, milliyə qəzəb və Fliklə gərginlik

23.07.26 | 18:02

Devid Bekhem mundialda Şakira, Biber və İngiltərə millisini geridə qoydu

23.07.26 | 18:23

Mançester Siti”ni narahat edən zədə və “Real” iddiaları

23.07.26 | 17:35

“Şəfa”dan niderlandlı transfer: Kristofer Mamengi heyətdə!

23.07.26 | 15:37

“Araz-Naxçıvan”dan növbəti transfer: “Neftçi”nin keçmiş futbolçusu Naxçıvan təmsilçisində!

23.07.26 | 15:37

Emin Mahmudovun yubiley qolu…

23.07.26 | 15:37

Daxildə darmadağın, Avropada iddia: “Payde” “Zirə” qarşılaşması öncəsi hansı əhval-ruhiyyədədir?

23.07.26 | 15:20

“Payde”nin baş məşqçisi “Zirə” ilə matç öncəsi iddialı danışdı: “Nəyi gözləyirik, Milad bayramını?”

23.07.26 | 14:00

Bakıda həlledici döyüş: ÇSKA daxili qalmaqal və Vitanovun xəbərdarlığı ilə “Qarabağ”ın qonağı olur

23.07.26 | 14:35

Simeon Slavçev: “Qarabağ” “Mançester Siti” və “Benfika” üslubunda oynayır

23.07.26 | 13:41

Zidan millinin sükanı arxasında: 4 İllik müqavilə və ulduzlu məşqçilər korpusu

23.07.26 | 01:26