Rəşad Sadıqov: “Uduzsaq da, futbolçularımla fəxr edirəm”

13.05.26 | 23:12
Ölkə futbolu

Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesabı ilə məğlub olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmanı şərh edərkən, rəqibin fərdi ustalığının matçın taleyində həlledici rol oynadığını bildirib.

Görüşün debütünü uğurlu hesab edən Sadıqov, komandasının hesabı açdıqdan sonra uzun müddət etibarlı müdafiə olunduğunu bildirib: “Matça yaxşı başladıq, hesabı açdıq və təxminən 35 dəqiqə ərzində rəqibə imkan vermədik. İkinci qolu vurmaq şansımız da var idi. Lakin ikinci hissədə rəqib fantastik qolla tarazlığı bərpa etdi. Biz hücumda aktivliyi artırdıqca, əks-hücumda ikinci qolu buraxdıq. Futbolçularıma təşəkkür edirəm, çox güclü rəqibə qarşı layiqincə mübarizə apardılar. “Sabah”ın vurduğu qollar böyük ustalığın nəticəsi idi”.

Qismət Alıyevin erkən sarı vərəqə almasının nəticəyə təsiri və hakimlik barədə danışmaq istəməyən baş məşqçi, diqqəti Misli Premyer Liqasındakı gərgin yarışa yönəldib. O, çempionluq mübarizəsindən qopmadıqlarını qeyd edib: “Heç nə bitməyib. Rəqibin bizdən 3 xal öndə olduğunu bilirik, qarşıda bizi “Araz-Naxçıvan” və “Sumqayıt”la çətin sınaqlar gözləyir. Özümüzdə güc tapıb, sonuna qədər döyüşəcəyik”.

Karyerasında üçüncü dəfə kubokun finalında məğlub olan Sadıqov, büdcə və heyət keyfiyyəti ilə bağlı suallara təmkinlə yanaşıb. O, titul qazanmasalar da, göstərilən sabitliyin önəmli olduğunu vurğulayıb: “Daha böyük büdcəli klubda nəticənin necə olacağını əvvəlcədən demək çətindir. Amma bu üç finala nəzər salsaq, hər şey plan üzrə getsəydi, üçünü də qazana bilərdik. İştirak etdiyimiz 12 turnirin 6-da mükafatlar uğrunda sonadək vuruşmuşuq. Bəli, titul yoxdur, amma mən oyunçularımla fəxr edirəm. Qələbə üçün bəzən daha artığı lazımdır”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27