Çempionlar Liqasının həlledici matçı almaniyalı referiyə tapşırıldı!

11.05.26 | 23:43
Dünya futbolu

UEFA 2025/26 mövsümünün avrokubok finallarını idarə edəcək hakim briqadalarını açıqlayıb. Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında ədaləti Daniel Zibert qoruyacaq.

Mayın 30-da Budapeştdə baş tutacaq “Pari Sen-Jermen” (PSJ) – “Arsenal” final qarşılaşmasının baş hakimi Daniel Zibert olacaq. 2015-ci ildən beynəlxalq dərəcəli hakim olan 42 yaşlı almaniyalı referi karyerasında ilk dəfə UEFA klub turnirlərinin finalına təyinat alıb.

Zibert cari mövsümdə Çempionlar Liqasında 9 qarşılaşmanı idarə etməklə böyük təcrübə toplayıb. Maraqlıdır ki, o, “Arsenal”ın yarımfinalda “Atletiko Madrid” üzərində 1:0 hesablı qələbə qazandığı cavab matçının da baş hakimi olub. Təcrübəli hakim, həmçinin Avro-2020-də üç, Avro-2024-də isə iki qarşılaşmada söz sahibi olub.

UEFA digər turnirlərin final matçlarını idarə edəcək hakimləri də açıqlayıb. Mayın 20-də İstanbulda keçiriləcək Avropa Liqasının “Frayburq” – “Aston Villa” finalı fransalı Fransua Leteksyeyə həvalə olunub. Xatırladaq ki, Leteksye Avro-2024-ün final qarşılaşmasının da baş hakimi olub. Mayın 27-də Leypsiqdə baş tutacaq Konfrans Liqasının “Kristal Pelas” – ‘Rayo Valyekano’ duelində isə ədaləti italiyalı Mauritsio Mariani qoruyacaq.

Qadınlar arasında Çempionlar Liqasının finalı mayın 23-də Osloda təşkil olunacaq. “Barselona” və “’Lion” arasındakı gərgin mübarizəni isveçli hakim Tess Olofsson idarə edəcək.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27