Addai üçün “transfer savaşı”

09.05.26 | 14:29
Ölkə futbolu

“Qarabağ”ın vingeri Emmanuel Addai karyerasını İngiltərədə davam etdirə bilər. Qanalı futbolçunun “köhlən atlar”la müqavilə müddətinin başa çatması transfer bazarında rəqabəti qızışdırıb. Tanınmış insayder və jurnalist Alan Niksonun məlumatına görə, Çempionşip təmsilçiləri “Midlsbro” və “Hall Siti” 24 yaşlı vingeri yaxından izləyir. Hər iki klub gənc futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

 Hazırda həm “Midlsbro”, həm də “Hall Siti” Premyer Liqaya vəsiqə qazanmaq üçün Çempionşipin pley-off mərhələsinə köklənib.  İngiltərə Premyer Liqasına vəsiqə uğrunda mübarizə aparan “Midlsbro”nu “Sauthempton”la, “Hall Siti”ni isə “Milluoll”la taleyüklü pley-off oyunları gözləyir.

Bu oyunların nəticəsi transferin maliyyə tərəfinə birbaşa təsir edəcək. Belə ki, komandalar elitaya yüksələ bilsələr, daha iddialı büdcə ilə Addai üçün mübarizə aparacaqlar. Əks halda, Çempionşipdə qalmaq transfer limitlərini məhdudlaşdıra bilər.

Emmanuel Addainin özü də karyerasını “dumanlı Albion”da davam etdirməkdə maraqlıdır. Lakin İngiltərə klubları bu yarışda tək deyil. İspaniyanın “Elçe” klubu da qanalı vingerin durumunu diqqətlə izləyir.

Müqaviləsinin müddəti bitmək üzrə olan Addai üçün bu yay karyerasında yeni bir səhifə açılacağı gözlənilir. “Qarabağ”ın bu transferdən gəlir əldə edib-etməyəcəyi və ya futbolçunun azad agent statusu ilə ayrılacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27