Cüdoçularımız finalın kənarında qaldı

01.05.26 | 13:44
Digər növlər

Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üç təmsilçisi tatami üzərinə çıxıb. 

66 kq çəki dərəcəsində mübarizə aparan iki idmançımız bürünc medal qazanmaq şansını qoruyub saxlayır. Turnirə inamlı start verən Nizami İmranov, ilk görüşündə qazaxıstanlı Yerdaulet Bozşanı məğlub edərək növbəti mərhələyə adlayıb. Lakin 1/4 finalda Rusiya təmsilçisi İlya Abuladzeyə məğlub olaraq əsas toru tərk edib. İndi cüdoçumuz bürünc medal üçün təsəlli qrupunda mübarizə aparacaq. Onun bu yolda ilk rəqibi fransalı Simon Lesavaj olacaq.

Eyni çəki dərəcəsində yer alan digər təmsilçimiz İslam Rəhimov da ilk mərhələdə Qazaxıstan idmançısı Nursultan Zaizaqaliyevə qalib gəlib. O, yarımfinalın bir addımlığında meydan sahibi Nurali Emomali (Tacikistan) ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Rəhimov bürünc medal şansını dəyərləndirmək üçün təsəlli görüşündə Ukrayna cüdoçusu Vadim Çernovla üz-üzə gələcək.

Yarışın reytinq xallarına əsasən ilk mərhələdən azad olan Murad Muradlı (60 kq) turnirə gözləniləndən tez veda edib. O, çıxış etdiyi ilk qarşılaşmada özbəkistanlı Məhəmmədcon Maşaripova məğlub olaraq mübarizəni dayandırıb.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27