Azər Bağırov: “Hər kəs əməllərinin cavabını alacaq”

26.04.26 | 19:25
Ölkə futbolu

Premyer Liqanın XXIX turunda doğma meydanda “Şamaxı”ya 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra mətbuat konfransında iştirak edib.

Baş mütəxəssis məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirib: “Bu gün meydana yalnız qələbə üçün çıxmışdıq. Lakin bəsit diqqətsizlik ucbatından məğlub olduq. Rəqibi təbrik edirəm, ikinci hissədə bizdən daha üstün oyun nümayiş etdirdilər. Şakir Seyidovun top itkisindən sonra qol buraxdıq. Yarımmüdafiəçilərə hər zaman tapşırırıq ki, mərkəzdə xətasız oynamalıdırlar. Təəssüf ki, eyni səhvlər yenə təkrarlanır və nəticədə üzücü məğlubiyyətlər alırıq”.

Komanda daxilindəki ab-hava və rəhbərliklə münasibətlərə toxunan Bağırov, kifayət qədər emosional və mesaj xarakterli fikirlər səsləndirib: “Mən işimi vicdanla yerinə yetirməyə çalışıram. Kimin nə ilə məşğul olduğunu bilmirəm, amma gec-tez hər kəs əməllərinin cavabını alacaq. Mənim üçün Allahın şahidliyi kifayətdir.  Klub rəhbərliyinin dəstəyini hiss edirəm. Onlar komanda ilə bir yerdədirlər və futbolçulara lazımi motivasiyanı verirlər”.

Turnir cədvəlindəki vəziyyət və 11-ci yeri tutaraq I liqa təmsilçisi ilə pley-off oynamaq ehtimalı barədə danışarkən məşqçi nikbinliyini qoruyub: “Qabaqda hələ 4 tur var. Hazırda pley-off barədə düşünmək istəmirəm, diqqətimizi növbəti oyunlara yönəltmişik”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27