Ölkə futbolunun “böyük görüşü”: “Neftçi” və “Qarabağ”dan nümunəvi addım

25.04.26 | 23:15
Ölkə futbolu

Ölkənin iki ən titullu və köklü klubu – “Neftçi” ilə “Qarabağ” Premyer Liqada bir çox məqama aydınlıq gətirəcək ardıcıl iki oyun öncəsi birgə bəyanatla çıxış ediblər.

Aprelin 26-da 29-cu tur, aprelin 30-da isə 21-ci turun təxirə salınmış oyunu çərçivəsində baş tutacaq bu “duellər” təkcə turnir cədvəli üçün deyil, həm də ölkə futbolunun imici üçün böyük əhəmiyyət kəsb edir.

Klubların yaydığı birgə bəyanatda ilk diqqət çəkən məqam azarkeş marağıdır. Artıq satışa çıxarılan biletlərin böyük hissəsinin tükənməsi tribunalarda möhtəşəm bir atmosferin olacağından xəbər verir. Bu, sadəcə iki komandanın mübarizəsi deyil, futbolun cəmiyyəti birləşdirmə gücünün növbəti nümayişidir.

“Neftçi” və “Qarabağ” arasındakı rəqabət 35 ilə yaxındır ki, Azərbaycan futbolunun onurğa sütununu təşkil edir. Bu illər ərzində biz meydanda dramatik dönüşlərin, dünya səviyyəli qolların və bitmək bilməyən bir əzmkarlığın şahidi olmuşuq. Klubların bəyanatında bu tarixə toxunulması təsadüfi deyil, bu, keçmişə hörmət və gələcəyə məsuliyyət mesajıdır: “Bu rəqabət illərdir ki, mediamızın və futbol ictimaiyyətinin diqqət mərkəzindədir. İnanırıq ki, qarşıdakı iki oyun da öz keyfiyyəti ilə bu şanlı tarixə yeni və parlaq səhifələr yazacaq”.

Məqalənin bəlkə də ən vacib mesajı “Fair-Play” prinsipləridir. Klublar  azarkeşlərinə səslənərək onları sivil dəstək nümayiş etdirməyə çağırıblar. Bəyanatda vurğulanan əsas məqam budur: Mübarizə fitin sədası ilə başlamalı və fitin sədası ilə də meydanda bitməlidir.

Hər iki klubun rəsmi mövqeyi birdir: gərgin idman mübarizəsi dostluq və qarşılıqlı hörmət kölgəsində keçməlidir. “Neftçi” və “Qarabağ”ın bu birgə addımı ölkədə futbol mədəniyyətinin yüksəlməsinə xidmət edən təqdirəlayiq bir jestdir.

Aprelin sonunda bizi sadəcə 180 dəqiqəlik futbol yox, əsl xarakterlər savaşı və idman bayramı gözləyir. Bəyanatın sonunda qeyd olunduğu kimi: Qoy bu gərgin mübarizədən ilk növbədə Azərbaycan futbolu qalib ayrılsin!

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27