Mourinyodan şok ittiham: “Hakimin əlindəki kağızda kimə vərəqə verməməli olduğu yazılmışdı!”

18.02.26 | 12:47
Dünya futbolu

«Benfika»nın baş məşqçisi Joze Mourinyo, Çempionlar Liqasının ilk pley-off matçında «Real»a uduzduqları (0:1) oyunda meydandan qovulmasına sərt reaksiya verib.

Matçın 85-ci dəqiqəsində «Real»ın ulduzu Vinisius Junior rəqibini aşkar şəkildə yıxsa da, hakim Fransua Leteksye ona ikinci sarı vərəqəni göstərməyib. Qeyd edək ki, braziliyalı ilk sarı vərəqəsini 50-ci dəqiqədə qol sevincini künc bayrağı ilə “qeyri-etik” rəqs edərək qeyd etdiyi üçün almışdı.

Mourinyonun hakimə etirazı isə ona baha başa gəlib. O, bir neçə saniyə içində ardıcıl iki sarı vərəqə alaraq texniki zonadan qovulub.

Mourinyo oyunsonu müsahibəsində hakimləri qərəzli olmaqda günahlandırıb: “Məni hər kəsin gördüyü həqiqəti dediyim üçün qovdular. Hakimin əlində xüsusi bir siyahı var idi. Orada yazılmışdı ki, Çuameni, Heyzen və Karreras sarı vərəqə almamalıdırlar. Çünki vərəqə alsaydılar, cavab oyununu buraxmalı olacaqdılar.

Mən 1400 oyuna çıxmışam, futbolun pərdəarxasında nələrin baş verdiyini, kimə vərəqə göstərməyin ‘qadağan’ olduğunu yaxşı bilirəm. Bəli, «Real» qalib gəldi, amma biz bu sistemin necə işlədiyini bilirik”.

Məşqçi cavab oyununda komandasının yanında ola bilməyəcəyi üçün üzgün olduğunu bildirib: “Paltardəyişmə otağına girə bilməyəcəyəm, oyunçularımla danışa bilməyəcəyəm. Çətindir, amma köməkçilərim bu yükü çiyinlərinə götürəcəklər”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27