FIFA-dan inqilabi qərar: Milli çempionat oyunları xaricdə keçirilə bilər

27.04.26 | 00:14
Dünya futbolu

FIFA daxili çempionat matçlarının ölkə hüdudlarından kənarda keçirilməsini tənzimləyən yeni qaydalar toplusunu təqdim etməyə hazırlaşır. Bu addım müasir futbolun tələblərinə və ulduz futbolçuların iştirakı ilə keçirilən oyunlara olan qlobal marağa cavab olaraq atılıb.

İndiyədək Avropanın nəhəng futbol ölkələri əsasən Superkubok matçlarını “ekzotik” ölkələrdə keçirməyə üstünlük verirdilər. Lakin tezliklə “El Klasiko” kimi böyük maraq kəsb edən La Liqa qarşılaşmalarının fərqli qitələrdə oynanılması real ola bilər. The Guardian nəşrinin yaydığı məlumata görə, FIFA-nın iki illik işçi qrupunun fəaliyyəti nəticəsində hazırlanan yeni şərtlər aşağıdakı kimidir:

Kvota sistemi. Hər liqa mövsüm ərzində yüksək divizionun yalnız bir oyununu xaricə köçürə bilər.

Ev sahibliyi limiti. Qəbul edən ölkəyə mövsüm ərzində maksimum beş belə matça ev sahibliyi etməyə icazə veriləcək.

Razılaşma mexanizmi. Matçın keçirilməsi üçün milli federasiyaların, konfederasiyaların, ev sahibi assosiasiyanın və birbaşa FIFA-nın rəsmi razılığı mütləqdir.

FIFA futbolçuların rifahına, yerli azarkeşlərin maraqlarına və ya daxili yarışların strukturuna mənfi təsir göstərə biləcək hər hansı təşəbbüsü bloklamaq hüququnu özündə saxlayır. Həmçinin, klublardan gəlirlərin ədalətli bölüşdürülməsi və səfər imkanlarından məhrum olan azarkeşlərə kompensasiya ödənilməsi barədə təminat tələb olunacaq.

Xatırladaq ki, ötən illərdə “Vilyarreal” – “Barselona” (Mayami) və “Milan” – “Komo” (Pert) matçlarının xaricdə keçirilməsi planlaşdırılsa da, UEFA və yerli hakimiyyət orqanlarının təzyiqi, habelə qaydalardakı boşluqlar səbəbindən bu layihələr baş tutmamışdı. La Liqa və A Seriyası yeni qaydaları dəstəkləyərək bu fürsətdən yararlanmağı planlaşdırsa da, İngiltərə Premyer Liqası klub sahiblərinin israrlarına rəğmən, bu təcrübədən imtina etdiyini artıq rəsmən bəyan edib.

Paylaş:

Xəbər Lenti

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58