Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06
Digər növlər

Avropada qitə çempionatının heyəcanı yaşandığı bir vaxtda, Yaponiyada keçirilən Asiya çempionatında voleybol dünyasının diqqətini çəkən yeni bir ulduz parlayır.

Qətər milli komandasının şərəfini qoruyan 13 yaşlı Mubarak Musa turnirdə keçirdiyi cəmi 3 oyunda 40 xal toplayaraq diqqət mərkəzinə düşüb. “A Bola” nəşrinin məlumatına görə, 210 santimetr boya olan yeniyetmə istedad turnirin ən böyük kəşflərindən biri hesab olunur.

Musanın əsl sıçrayışı isə Asiya çempionatından öncə təşkil olunan Çağırış Kubokuna (Challenge Cup) təsadüf edib. O, Cənubi Koreyaya qarşı matçda endirdiyi 16 zərbənin 11-ini xala çevirərək fantastik effektivlik nümayiş etdirib. Qətərin turniri 7-ci pillədə başa vurmasında müstəsna rol oynayan hücumçu, ardınca Tayvanla görüşdə də aktivinə 13 xal yazdırıb.

Mubarak Asiya çempionatındakı uğurlu seriyasını davam etdirib: Taylandla matçda 12, Tayvanla oyunda 11, Koreya ilə qarşılaşmada isə 17 xal toplayaraq komandasının əsas silahına çevrilib.

Gənc voleybolçu təkcə salonda deyil, qum üzərində də iddialıdır. Mayda U-18 yığmaları arasında keçirilən çimərlik voleybolu üzrə Asiya çempionatında komanda yoldaşı Musa Alkeer ilə birlikdə bürünc medal qazanıb. O, bu uğura özündən yaşca böyük rəqiblərlə mübarizədə nail olub.

“L’Equipe” nəşrinin yazdığına görə, Musa 2012-ci ilin noyabrın 24-də Cənubi Sudanda anadan olub. O, 2013–2020-ci illərdə vətənində tüğyan edən vətəndaş müharibəsindən qaçaraq Qətərə pənah gətirib. Dəqiq nə vaxt köçdüyü bilinməsə də, artıq cari ilin əvvəlində Qətərin əsas millisində debüt edib.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02