Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34
Dünya futbolu

“Tottenhem”in 29 yaşlı hücumçusu Rişarlison müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tələbi ilə FIFA-ya müraciət edib. Sözləşməsinin başa çatmasına hələ bir il qalan braziliyalı forvard Premyer Liqa üçün təqdim olunan 25 nəfərlik rəsmi iştirak ərizəsindən kənarda qalaraq U-21 komandasına göndərilib. “Goal.com”un məlumatına görə, təcrübəli futbolçu bu addımdan hiddətlənərək London klubunu dərhal tərk etmək niyyətindədir.

Mövsümün açılış matçında  “Brentford”a qarşı keçirilən uğursuz görüşdə meydanda olan Rişarlison üçün bu, görünür, “mahmızlar”ın heyətində sonuncu oyun olub. Futbolçu hesab edir ki, əsas heyətdən kənarlaşdırılaraq gənclər komandasına göndərilməsi müqavilənin birtərəfli pozulması üçün kifayət qədər hüquqi əsas yaradır.

Yay transfer pəncərəsində 29 yaşlı hücumçunun 4 mövsüm şərəfini qoruduğu və 152 matçda 53 qol vurduğu “Everton”a qayıdışı müzakirə olunurdu. Lakin braziliyalı Devid Moyeslə yenidən çalışmaq variantından imtina edib.

Eyni zamanda sosial şəbəkə hesablarında “Everton”u “sevimli klubu” adlandıran futbolçu transfer danışıqları zamanı “Tottenhem” rəhbərliyinin tutduğu mövqeyi kəskin tənqid edib. Karerasını Braziliyada davam etdirməyə yaxın olan oyunçunun əsas namizədlərindən biri “Vasko da Qama” hesab olunur. Rişarlison “Tottenhem” forması ilə çıxış etdiyi 134 rəsmi matçda 32 dəfə fərqlənib.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02