Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38
Dünya futbolu

Kamerun Futbol Federasiyasının prezidenti, sabiq ulduz hücumçu Samuel Eto’o növbəti dəfə maliyyə pozuntuları və korrupsiya iddiaları ilə gündəmə gəlib. “The Sun” nəşrinin məlumatına görə, FIFA prezidenti Gianni Infantino 45 yaşlı Eto’o-nu rəsmi araşdırmadan qorumaqda şübhəli bilinir.

İddiaların mərkəzində 2023-cü ildə Rusiya və Kamerun milli komandaları arasında keçirilən yoldaşlıq oyunu dayanır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq edilən beynəlxalq boykotlara qoşulmayan ölkələrdən biri olan Kamerun həmin matçın təşkili müqabilində Rusiyadan təxminən 578 min avro (670 min dollar) məbləğində vəsait alıb.

Lakin federasiyanın keçmiş idarə heyəti üzvlərinin iddiasına görə, həmin məbləğ Kamerun Futbol Federasiyasının rəsmi hesablarına köçürülməyib. Onların sözlərinə görə, pul birbaşa Eto’o-nun Qətərdəki şəxsi bank hesabına transfer edilib. Vəsaitin sonrakı taleyi isə məlum deyil.

Məsələ ilə bağlı hazırlanan rəsmi dosye ötən il FIFA-nın Sürixdəki qərargahına təqdim edilsə də, qurum hələlik susqunluğunu qoruyur. Mənbələrin iddiasına görə, Infantino araşdırma qrupunun tərkibini üç nəfərə qədər azaldaraq prosesi şəxsən dayandırıb.

İddiaya əsasən, bunun səbəblərindən biri Eto’o-nun son dövrlərdə tənqidlərə məruz qalan FIFA rəhbərinə açıq dəstək verən azsaylı futbol funksionerlərindən biri olmasıdır.

FIFA isə bu iddiaları rədd edib. Qurumun rəsmi nümayəndəsi bildirib: “FIFA prezidentinin müstəqil hüquqi orqanlara heç bir təsir imkanı yoxdur. Biz hüquqi prosedurlara hörmətlə yanaşırıq. Lakin bu prosedurlar prezidentə qarşı əsassız ittihamlar irəli sürmək üçün vasitəyə çevrilməməlidir”.

Eto’o və Kamerun Futbol Federasiyası isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bu, “Barselona”, “İnter” və “Çelsi” kimi nəhəng klublarda çıxış etmiş, Çempionlar Liqasının 4 qat qalibi olan əfsanəvi hücumçunun adının ilk dəfə qalmaqalda hallanması deyil.

Vergi pozuntusu (2022): Eto’o İspaniyada vergi ödənişlərindən yayınmaqda təqsirli bilinərək 22 aylıq şərti həbs cəzasına və təxminən 1,6 milyon avro (1,86 milyon dollar)məbləğində cəriməyə məhkum edilib.

Danışılmış oyun iddiaları (2024): O, oyunların nəticələrinin manipulyasiyasında ittiham olunub. Lakin sübutların yetərli olmadığı qənaətinə gəlinərək işə xitam verilib.

Qanunsuz bukmeker əməkdaşlığı: Rusiya mərc şirkətinin rəsmi səfiri olduğu üçün FIFA tərəfindən cəzalandırılan Eto’o daha sonra apellyasiya şikayəti verib və cəzası ləğv edilib.

Samuel Eto’o 2011–2013-cü illərdə Rusiyanın “Anji” klubunun da formasını geyinib.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02