“Sabah”ın çempionluğu “Lex”ə yol açır

23.03.26 | 09:46
Ölkə futbolu

​​Polşanın nüfuzlu “Przeglad Sportowy” portalı ölkə çempionatında liderlik uğrunda mübarizə aparan “Lex”in Çempionlar Liqasındakı perspektivlərini təhlil edib. Məqalədə Azərbaycan Premyer Liqasındakı mövcud vəziyyətin Polşa təmsilçisinin püşkatma taleyinə birbaşa təsir edə biləcəyi vurğulanır.
​​Ekspertlərin fikrincə, əgər “Lex” mövsümü çempion kimi tamamlasa, son on ilin ən əlverişli püşkatma imkanı ilə üzləşəcək. UEFA reytinqi üzrə mütəxəssislər qeyd edirlər ki, Polşa klubu ÇL-in həm ikinci, həm də üçüncü təsnifat mərhələlərində “səpələnmişlər” sırasında yer almaq şansı qazanıb. Bu isə kağız üzərində daha zəif rəqiblərlə qarşılaşmaq deməkdir.
​Məqalədə bu əlverişli vəziyyətin əsas səbəbi kimi Avropanın digər liqalarındakı sürpriz nəticələr göstərilir. Xüsusilə, Azərbaycan çempionatındakı vəziyyət polşalıların diqqət mərkəzindədir: ​”Azərbaycanın “Sabah” klubu çempionluğa doğru inamla irəliləyir. 25 turdan sonra onlar “Qarabağ”ı 10 xal qabaqlayırlar. Hamımız xatırlayırıq ki, Azərbaycanın daimi çempionu (“Qarabağ”) Polşa klubları üçün illərdir nə qədər böyük problemlər yaradıb.​Polşalı analitiklər bildirirlər ki, “Lex”in daha rahat püşk alması üçün Avropanın bir neçə ölkəsindəki “reytinq nəhəngləri”nin taxtdan salınması şərtdir. Hazırda bu prosesin ən bariz nümunəsi kimi Azərbaycan göstərilir. Oxşar ssenarilərin Slovakiya, Macarıstan, Ukrayna və Danimarka liqalarında da təkrarlanması “Lex”in işini asanlaşdıran amillər sırasındadır.
​Qısası, Polşa təmsilçisi “Sabah”ın çempionluğunu öz uğurlarının dolayı açarı kimi görür və illərdir Polşa klublarının kabusuna çevrilən “Qarabağ” amilinin sıradan çıxmasını maraqla gözləyir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27