Valdas Dambrauskas: “Üstünlüyü niyə qoruya bilmirik? – Bunu analiz etməliyik”

05.03.26 | 22:21
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” üzərində qazanılan dramatik qələbəni (3:3, penaltilərlə 4:2) şərh edib. Yarımfinala yüksəlməyin sevincini yaşayan litvalı mütəxəssis, eyni zamanda komandasının oyunundakı bəzi çatışmazlıqlardan narahatlığını gizlətməyib.

“Rəqib azlıqda olanda qol buraxmaq planımıza daxil deyildi”

İlk növbədə rəqibin mübarizə əzmini yüksək qiymətləndirən Dambrauskas, oyunun gedişatındakı eniş-yoxuşlara diqqət çəkib: “Hər iki komandanı nümayiş etdirdikləri oyuna görə təbrik edirəm. ‘Qəbələ’ əsl xarakter göstərdi. Futbolçularıma yarımfinala vəsiqə qazandıqları üçün təşəkkür edirəm, lakin bəzi məqamlar məni düşündürür. ‘Qarabağ’la son matçda olduğu kimi, yenə üstünlüyü əldən verərək qollar buraxdıq. Bu, bizim planlarımıza daxil deyildi. Xüsusən də rəqibin azlıqda qaldığı dəqiqələrdə belə vəziyyətin yaranması ciddi analiz olunmalıdır.”

“Futbolun ən ağıllı adamı olsaydım…”

Məşqçi komandada yaranan arxayınlıq və ya konsentrasiya itkisi ilə bağlı sualı özünəməxsus şəkildə cavablandırıb:”Hər sualın hazır cavabını bilsəydim, futbol dünyasının ən ağıllı adamı olardım. Matça tam nəzarət edirdik, birinci hissədə rəqibə demək olar ki, şans vermədik. İkinci yarıda isə say üstünlüyünə malik idik. Problemin kökünü tapmaq üçün dərin təhlil aparmalıyıq. Bu, həm psixoloji amillərlə, həm də taktiki səhvlərlə bağlı ola bilər”.

“Qızıl dubl” və gələcək perspektivlər

Həm Premyer Liqada, həm də Kubokda iddialarını davam etdirən “Sabah”da baş məşqçi hələ ki, böyük hədəflər barədə danışmağın tez olduğunu bildirib: “Hazırda daxilimdə “qızıl dubl” kimi bir hiss yoxdur. Yeganə hədəfim komandanı növbəti matça qədər bərpa etməkdir. Bizi qarşıda Premyer Liqa çərçivəsində yenidən “Qəbələ” ilə oyun gözləyir. Bir ay ərzində eyni rəqiblə beşinci dəfə qarşılaşmaq həqiqətən çətin olacaq”.

Yarımfinaldakı rəqib: Yarımfinalda “Qarabağ”la keçiriləcək prinsipial qarşılaşmalar barədə danışan Dambrauskas, diqqətini cari oyunlara yönəltdiyini vurğulayıb: “Hələ bu barədə düşünməmişəm. Hətta oyunların dəqiq təqvimi barədə də məlumatım yoxdur. Bütün fikrimiz çempionatın qarşıdakı oyunlarına və xal itirməməyə yönəlib”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27