Milli Gimnastika Arenası növbəti nüfuzlu turnirə ev sahibliyi edir. Yarışın ilk günündə idmançılar təsnifat mərhələsində müxtəlif alətlər üzrə öz məharətlərini nümayiş etdirirlər. Proqrama əsasən, gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar üzrə çıxış edərək final mərhələsinə vəsiqə qazanmağa çalışırlar.
Dünya Kubokunda Azərbaycanın idman şərəfini Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə qoruyurlar.
Qeyd edək ki, 30-dan çox ölkənin qatıldığı bu möhtəşəm idman bayramı martın 8-dək davam edəcək.