Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin simvolik yığma komandasını təqdim edib. Heyətdə PSJ-nin beş futbolçusu — Nunu Mendeş, Vilyam Paço, Əşrəf Hakimi, Vitinya və Usman Dembele yer alıb. Siyahıda həmçinin parislilərin keçmiş qolkiperi, hazırda “Mançester Siti”nin şərəfini qoruyan Canluici Donnarumma da var.
Xatırladaq ki, PSJ 2025-ci ildə Fransa çempionluğu ilə yanaşı, Fransa Kuboku və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanaraq möhtəşəm uğura imza atıb.
İlin rəmzi komandası:
Qapıçı: Canluici Donnarumma (PSJ/”Mançester Siti”)
Müdafiəçilər: Nunu Mendeş, Vilyam Paço, Əşrəf Hakimi (hamısı – PSJ)
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri, Lamin Yamal (hər ikisi – “Barselona”)
Hücumçular: Kilian Mbappe (“Real”), Erlinq Holand (“Mançester Siti”), Harri Keyn (“Bavariya”), Usman Dembele (PSJ)