Bu gün məşhur Rimas Kurtinaytisin çalışdırdığı “Sabah” basketbolçuları FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. B qrupunda yer alan komandamız evdə Almaniya “Alba”sı ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Onu da deyək ki, “Sabah” ilk oyunda Çexiyanın “Nimburk” klubuna 65:93 hesabı ilə uduzub.
“Neftçi” isə FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizəyə qoşulacaq. I qrupda yer alan komandamız ilk oyunda Polşa “Trefl”i ilə üz-üzə gələcək. Polşanını Sopot şəhərinin “Sopot Centennial” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. “Neftçi”nin qitə kubokunda növbəti rəqibləri Estoniyanın “Kalev/Kramo” və Türkiyənin “Bursaspor” komandalarına olacaq.