Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45
Digər növlər

Azərbaycanın təcrübəli qrossmeysteri Şəhriyar Məmmədyarov növbəti dəfə beynəlxalq arenada qüvvəsini sınayacaq. 41 yaşlı şahmatçımız iyunun 7-dən 15-dək Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq nüfuzlu beynəlxalq turnirdə mübarizə aparacaq. Son illər şahmat mərkəzlərindən birinə çevrilən Daşkənddəki bu yarış dünya şahmat ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Təmsilçimiz bu turnirdə rəqiblərin ən güclüsü ilə – “Masters” kateqoriyasında üz-üzə gələcək. Şəhriyarla birlikdə cəmi 9 qrossmeysterin dəvət aldığı bu elit qrup Daşkənddə əsl zəkalar savaşı vəd edir. Mübarizənin çətinliyi rəqiblərin statusundan da bəllidir. Məmmədyarov şahmat tacı uğrunda ikiqat iddiaçı Yan Nepomnyaşşiy (Rusiya), son illər böyük sıçrayış edən hindistanlı ulduzlar Arjun Eriqaisi və Santoş Vidit, eləcə də Özbəkistan şahmatının parlaq siması Nodirbek Abdusattorov kimi nəhənglərə qarşı taktiki gedişlərini nümayiş etdirəcək.

Turnir şahmatın klassik və ən ədalətli formatı hesab olunan dairəvi sistemlə baş tutacaq. Reqlamentə əsasən, hər bir qrossmeyster digər 9 rəqibinin hər biri ilə üz-üzə gələcək. Taktiki gedişlərin və psixoloji dözümlülüyün ön plana çıxacağı yarışın ümumi mükafat fondu 121 500 dollar təşkil edir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27