Fransanın DÇ-2026 heyətində sürpriz adlar

15.05.26 | 08:29
Dünya futbolu

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026 üçün nəzərdə tutulan 26 nəfərlik heyəti elan edib. Tanınmış ulduzların siyahıdan çıxarılması və gözlənilməz gənc oyunçuların dəvət alması futbol ictimaiyyəti tərəfindən şokla qarşılanıb.

Heyətdə ən böyük rezonans doğuran məqam qapıçı seçimi olub. Uzun müddətdir Fransanın ‘1 nömrəli’ ümidi hesab edilən Lukas Şevalyenin siyahıdan kənarda qalması şok effekti yaradıb. PSJ-də əsas heyətdə rusiyalı qolkiper Matvey Safonovun kölgəsində qalan gənc əlcək sahibinin əvəzinə, Deşam Liqa 1-in ən yaxşısı seçilən 21 yaşlı Robin Risserə güvənib. Milli komandada hələ debüt etməyən Risserin birbaşa mundiala aparılması turnirin ən böyük sensasiyalarından biri hesab olunur.

Deşamın seçimində ən sərt gedişlər yarımmüdafiə və hücum xəttində hiss olunub. “Real”ın ulduzu Eduardo Kamavinqa və “Tottenhem”in hücumçusu Randal Kolo Muani rəqabətə qurban verilərək heyətdən kənarda qalıblar.

Zədəli Uqo Ekitikeni Jan-Filipp Mateta əvəzləyəcək, müdafiənin mərkəzində isə az təcrübəli Maksens Lakrua mundial həyəcanı yaşayacaq. Hücumun liderləri isə dəyişməzdir: kapitan Kilian Mbappe və “Qızıl top”un son sahibi Usman Dembele.

Dünya çempionatının əsas favoritlərindən sayılan Fransa millisinin Amerikadakı çətin marafonu üçün geri sayım başlayıb. İraq, Norveç və Seneqal ilə eyni qrupda yer alan “mavilər”, mundialdakı ilk ciddi sınağına iyunun 16-da İst-Raterfordda çıxacaqlar. Deşamın yetirmələri açılış matçında Seneqal səddini keçərək turnirə inamlı start vermək niyyətindədir.

Mundial öncəsi komandanın son vəziyyətini yoxlamaq üçün fransızlar iki mühüm yoldaşlıq görüşü keçirəcəklər. İyunun 4-də Nantda Kot d`İvarla, dörd gün sonar isə Lilldə Şimali İrlandiya ilə qarşılaşacaqlar.

Fransa milli komandasının DÇ-2026 üçün heyət:

Müdafiəçilər: Lukas Din (“Aston Villa”), Malo Qusto (“Çelsi”), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”), İbrahima Konate (“Liverpul”), Maksens Lakrua (“Kristal Pelas”), Jül Kunde (“Barselona”), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano (“Bavariya”).

Yarımmüdafiəçilər: N’Qolo Kante (“Fənərbaxça”), Manu Kone (“Roma”), Adrien Rabio (“Milan”), Orelien Çuameni (“Real”), Uorren Zair-Emeri (PSJ)

Hücumçular: Maqnes Akliuş (“Monako”), Bredli Barkola (PSJ), Rayan Şerki (“Mançester Siti”), Usman Dembele (PSJ), Dezire Due (PSJ), Kilian Mbappe (“Real”), Jan-Filipp Mateta (“Kristal Pelas”), Maykl Olise (“Bavariya”), Markus Türam (“İnter”).

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27