Asif Məmmədov cərimələndi

14.05.26 | 17:35
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının və digər aşağı dəstələrin oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq sanksiyalar tətbiq edilib.

İntizam Komitəsinin qərarlarından ən çox “pay” alan klub “Qəbələ” olub. “Qırmızı-qaralar” ümumilikdə 14 500 manat məbləğində cəriməyə məruz qalıb.  Premyer Liqanın 31-ci turunda baş tutan qarşılaşmada “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov referini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Bu hərəkətə görə klub 10 000 manat cərimələnib, futbolçu özü isə 4 oyunluq diskvalifikasiya edilib. Oyundan sonra meydana kənar şəxslərin daxil olması kluba əlavə 2500 manat itki hesabına başa gəlib. “Qarabağ”la matç zamanı azarkeşlərin meydana kənar əşyalar atması səbəbindən “Qəbələ” daha 2000 manat cərimə ödəməli olacaq.

Digər klublara gəlincə, “Neftçi” ilə oyunda futbolçularının həddindən artıq sarı vərəqə almasına görə “Şamaxı” 700 manat cərimə edilib.

Ölkə kubokunun finalında “Sabah”la qarşılaşmada sarı vərəqə limitini aşmasına görə “Zirə” 700 manat cərimə olunub.

İntizam Komitəsi təkcə əsas komandaların deyil, həmçinin əvəzedici və aşağı liqa təmsilçilərinin fəaliyyətini də nəzərdə qaçırmayıb.  Əvəzedicilər liqasının 25-ci turunda törədilən müxtəlif qayda pozuntularına görə bir sıra Premyer Liqa klublarının ikinci komandaları ümumilikdə 1890 manat cərimələnib.  II liqanın 26-cı turun oyunlarında qeydə alınan neqativ hallara görə klublara üst-üstə 2330 manat məbləğində sanksiya tətbiq olunub.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27