“Sabah” qızıl dubl etdi

13.05.26 | 21:52
Ölkə futbolu

Finalın favoritinin “Sabah” olması heç kimdə şübhə doğurmurdu. “Bayquşlar” parlaq mövsüm nəticəsində vaxtından əvvəl ölkə çempionu olmaqla yanaşı keçirdiyi bütün oyunlarda çox yaxşı təsir bağışlayırdı. “Zirə” isə favorit sayılmasa da,  Rəşad Sadıqovun qurduğu özünəməxsus taktika və stabillik, xüsusən də güclü müdafiə sisteminin olması finalın “Sabah” üçün asan olmayacağından xəbər verirdi. Oyunun əvvəli ssenarinin məhz bu cür olacağını göstərdi. “Zirə” türk ulduzu Erenin erkən qolu ilə “bayquşlar”ı şoka saldı. Bundan sonra Valdas Dambrauskasın yetirmələri təşəbbüsü ələ alaraq durmadan hücumlar qurmağa başladılar. Lakin “Zirə” müdafiəsi etibarlı oynayırdı, qapıçı Tyaqo Silva isə ən yaxşı oyunlarından birini keçirirdi.

İkinci hissə də eyni məcrada davam etdi. Lakin artıq neçənci dəfədir ki, Valdas Dambrauskas əvəzetmələrdə usta olduğunu göstərdi. Onun meydana buraxdığı iki futbolçu  Daşdəmirov və Mbina cəmi 1 dəqiqə sonra cavab topunu təşkil etdi. Xüsusən də Mbinanın qayçıvari tullanışla vurduğu qol baxımlı alındı. Bundna sonra da mənzərə dəyişmədi. “Sabah” hücum edir, “Zirə” isə təmkinlə müdafiə olunurdu. Artıq hər kəs əlavə vaxta hazırlaşdığı bir vaxtda çempionatın bombardiri Mikkels səhnəyə çıxdı və növbəti dəfə fərdi ustalıq nümayiş etdirərək uzun reydini qola çevirməklə komandasına qızıl dublu qazandırdı.

“Sabah” mövsümü major notda bitirdi. “Zirə” isə Avropa kuboklarına gedən yolda işini çətinləşdirdi. Bununla belə Rəşad Sadıqov və komandası alqışa layiqdir. Hər iki turnirdə son ana qədər mübariz və döyüşkən komanda yaratmaqla həm çempionatda, həm də kubokda intriqanı qüvvədə saxlayan bir komanda rolunu oynadılar.

Ölkə Kuboku, final

Sabah” – “Zirə” 2:1

Qollar: Eren Aydın, 4 (0:1). Mbina, 70 (1:1). Mikkels, 90+4 (2:1).

“Sabah”: Stas Pokatilov (k), Stiv Solve, İqor Noqeyra, Amin Zedadka, Timoteuş Puxaç (Rəhman Daşdəmirov, 69), Umarəli Rahmonəliyev, İvan Lepinitsa, Aleksey İsayev (Patrik Mbina, 69), Aaron Maluda (Kahim Pərris, 88), Velko Simiç, Coy-Lans Mikkels.

“Zirə”: Tyaqu Silva, Ruan Renato, Anje Musinzi, Stefan Akka (Leroy Mikkels, 90+2), Qismət Əliyev (k), İssa Cibrilla (Elçin Əlicanov, 56), Quima (Ceyhun Nuriyev, 82), Ayron Qomis, Brahim Konate (İsmayıl İbrahimli, 83), Eren Aydın (Junior Martins, 56), Davit Volkov.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27