Atasını itirdi, komandasına sığındı: Hansi Flikdən duyğulu “El Klasiko” etirafı

11.05.26 | 21:19
Dünya futbolu

“El Klasiko”dan bir neçə saat əvvəl “Barselona” düşərgəsindən ağır xəbər gəlib. Klubun yaydığı rəsmi bəyanatda baş məşqçi Hansi Flikin atasının vəfat etdiyi bildirilib. Şəxsi faciəsinə baxmayaraq, alman mütəxəssis bazar günü komandanı meydana çıxarıb və oyunsonrası mətbuat konfransında bəzi məqamlara aydınlıq gətirib.

Təcrübəli mütəxəssis həmin an keçirdiyi hissləri bu sözlərlə ifadə edib: “Bu gün səhər anam zəng vurub atasız qaldığımı deyəndə bir anlıq tərəddüd etdim: bunu gizlətməliydim, yoxsa komandaya danışmalı? Bu kollektiv mənim ailəm kimidir, ona görə də onlarla paylaşmağa qərar verdim. Futbolçuların mənə verdiyi dəstək inanılmaz idi. Bu anı heç vaxt unutmayacağam”.

Flik əldə edilən çempionluq qələbəsini mərhum atasının xatirəsinə həsr etdiyini vurğulayıb. Kataloniya təmsilçisi ilə müqaviləsinin bitməsinə hələ bir il qalan Flik gələcək planlarından da söz açıb. “Barselona”da xoşbəxt olduğunu gizlətməyən məşqçi gələn mövsüm üçün hədəflərini böyüdüb: “Bu fantastik klubda işləmək mənim üçün böyük zövqdür. Özümü doğru yerdə hiss edirəm. Amma bununla kifayətlənməyəcəyik, gələn mövsüm əsas hədəfimiz Çempionlar Liqasını qazanmaqdır”.

Xatırladaq ki, “Barselona” çempionluğu vaxtından əvvəl rəsmiləşdirsə də, mövsümün sonuna daha üç oyun qalıb. Flik hər bir qarşılaşmada sona qədər mübarizə aparacaqlarına və azarkeşləri sevindirməyə davam edəcəklərinə söz verib.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27