Turun açılışında qolsuz sülh

08.05.26 | 19:34

Premyer Liqanın 31-ci turuna İmişlidə start verildi. Turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparan “Zirə” “İmişli”nin qonağı idi.

Görüş öncəsi əsas diqqət mərkəzində Rəşad Sadıqovun yetirmələri idi. Turnir cədvəlində “Neftçi”ni addım-addım izləyən və rəqibindən cəmi bir xal geri qalan ‘qartallar’ üçün bu matç avrokuboklara vəsiqə yolunda böyük əhəmiyyət kəsb edirdi.

Lakin meydandakı mənzərə “Zirə”nin son vaxtlar yaşadığı qeyri-sabitliyin hələ də davam etdiyini göstərdi. Motivasiya baxımından rəqibini üstələməli olan qonaqlar, arzulanan nəticəni oyun keyfiyyəti ilə möhkəmləndirə bilmədilər.

Meydan sahibləri – “İmişli” üçün isə bu qarşılaşma daha çox prestij xarakteri daşıyırdı. Elitadakı yerini artıq qarantiləyən və turnir baxımından heç bir təzyiq hiss etməyən Jorge Kaşkiyanın yetirmələri, meydanda kifayət qədər rahat və intizamlı təsir bağışladılar. Gələn mövsüm planlarının qeyri-müəyyənliyinə rəğmən, imişlilər “Zirə”yə öz oyununu diktə etməyə imkan vermədilər.

Matç boyu tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmadı. “Zirə”nin baş məşçisi Rəşad Sadıqov ikinci hissədə Davit Volkov və Ceyhun Nuriyev kimi hücummeylli oyunçuları meydana buraxaraq kəsərliyi artırmağa çalışsa da, “İmişli”nin müdafiə xətti və qapıçı Hüseynəli Quliyev etibarlı oyunu ilə yadda qaldı.

İMİŞLİ – ZİRƏ 0:0

Baş hakim: Kamranbəy Rəhimov.

İmişli: Hüseynəli Quliyev, Azər Salahlı (k), İdris İnqilablı, Mehti Tahirov (Həzrət İsayev, 84), Vüsal Qanbarov (Nikola Karaklaiç, 73), Rafael Viegas, Edvin Banqera, Ronaldo Rodriqes, Dioqu Kardozu (Xəzər Mahmudov, 86), Ezekiel Morqan (Abbas Ağazadə, 84), Juninyo.

Zirə: Tiaqu Silva, Anatoli Nuriyev, Qismət Alıyev (k), Hacıağa Hacılı, İsmayıl İbrahimli, Stefan Akka, Ruan Renato (Anje Mutsinzi, 46), Leroy Mikels, Giorgi Papunaşvili (Ceyhun Nuriyev, 62), Quima (Ayron Qomis, 46), Junior Martins (Davit Volkov, 62).

Sarı vərəqələr: Qanbarov, 36. Juninyo, 54. Quliyev, 88.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27