Joao Qulart “Qarabağ” yolunda

29.04.26 | 23:22
Ölkə futbolu

“Qarabağ” yay transfer pəncərəsi üçün fəaliyyətini sürətləndirib. “Köhlən atlılar”ın müdafiə xəttini gücləndirmək üçün Portuqaliya çempionatına üz tutduğu bildirilir.

Portuqaliyanın nüfuzlu “A Bola” nəşrinin yaydığı son məlumata görə, Ağdam təmsilçisi “Kasa Piya” klubunun mərkəz müdafiəçisi Joao Qulartın xidmətində maraqlıdır. Xəbərdə qeyd olunur ki, “Qarabağ” artıq 26 yaşlı futbolçu üçün rəsmi təklifini qarşı tərəfə çatdırıb.

Hazırda “Kasa Piya” yüksək liqada yerini qorumaq uğrunda mübarizə apardığı üçün bütün diqqətini çempionat oyunlarına yönəldib. Buna baxmayaraq, klub rəhbərliyinin Joao Qulart üçün gələn təklifə müsbət yanaşdığı deyilir. Portuqaliya təmsilçisi mərkəz müdafiəçisini 1.5 milyon avro təzminat müqabilində sərbəst buraxmağa hazırdır.

Transferin baş tutma ehtimalını gücləndirən əsas amillərdən biri də futbolçuya təklif olunan fərdi şərtlərdir. Belə ki, Qulartın “Qarabağ”a keçəcəyi təqdirdə alacağı illik məvacib, onun hazırda qazandığından əhəmiyyətli dərəcədə yüksək olacaq.

26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi möhkəm fiziki hazırlığı və hava toplarındakı üstünlüyü ilə seçilir. Onun “Kasa Piya” ilə hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub. Lakin “Qarabağ”ın iddialı layihəsi və maliyyə şərtləri oyunçunun karyerasında yeni səhifə açmasına səbəb ola bilər.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi və transferin yaxın müddətdə rəsmiləşə biləcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27