“Zirə”dən tarixi yubiley: Ölkəmizin avrokuboklarda 500-cü oyun və 550-ci qol!

09.07.26 | 12:56
Ölkə futbolu

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) qarşılaşması (3:0) ölkə futbolu üçün əlamətdar yubileylərlə yadda qalıb.

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu görüş klublarımızın avrokuboklar tarixindəki 500-cü matçı olub. Təmsilçilərimiz indiyədək aşağıdakı turnirlərdə mübarizə aparıblar:

Çempionlar Liqası – 120 oyun

Avropa Liqası – 283 oyun

Konfrans Liqası – 63 oyun

Kuboklar Kuboku – 8 oyun

İntertoto Kuboku – 26 oyun

Ümumilikdə keçirilən 500 qarşılaşmada klublarımız 159 qələbə qazanıb, 112 heç-heçə edib və 229 məğlubiyyətlə üzləşiblər.

Bizimkilərin avrokuboklardakı debütü 9 avqust 1994-cü ilə təsadüf edir. Həmin gün “Turan” Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib və 0:5 hesabı ilə məğlub olub.

Kutaisililərlə matç daha bir statistik göstəricisi ilə diqqət çəkib. “Zirə”nin müdafiəçisi Ruan Renatunun vurduğu ilk qol ölkə klublarının avrokuboklar tarixindəki 550-ci yubiley qolu kimi qeydə alınıb.

Texniki nəticələr nəzərə alınmazsa, komandalarımızın toplarla ümumi fərqi 552–759 təşkil edir. Avrokuboklarda ilk qolumuzun müəllifi isə “Kəpəz”in sabiq futbolçusu Yadigar Süleymanovdur (22 avqust 1995-ci il, “Avstriya” ilə səfər oyunu — 1:5).

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02