Zep Blatterdən FİFA-ya sərt tənqid: “Dünya Çempionatının finalı superboula çevrilir”

19.07.26 | 01:18

Mundialın startı ilə futbol arenasında çox şey dəyişib və bu dəyişikliklər FİFA-nın sabiq prezidenti Zep Blatterin ciddi narazılığına səbəb olub. 90 yaşlı keçmiş funksioner qurumun hazırkı siyasətini “X” platformasında kəskin tənqid atəşinə tutub.

1998-2015-ci illərdə FİFA-ya rəhbərlik etdiyi dövrdə adı tez-tez qalmaqallarda hallanan Blatter artıq böyük futboldan uzaq olsa da, turnirin gedişatını yaxından izləyir. Lakin hazırkı mənzərə onu heç də məmnun etmir.

Xüsusilə, hava şəraitindən asılı olmayaraq, oyunçuların su içməsi üçün matçların hissənin tən ortasında dayandırılması (su fasilələri) bir çox dairələrdə narazılıq doğurmuşdu. Blatter bu barədə belə yazıb: “Su fasilələri hələ başlanğıc idi…”.

Dünya çempionatının final oyununun fasiləsində genişmiqyaslı şou proqramının təşkili planı idman ictimaiyyətində mənfi reaksiya doğurub. Blatter bu addımı Amerikan futbolundakı məşhur turnirə istinad edərək “Superboulun surəti” adlandırıb: “Bazar günü keçiriləcək Dünya Kubokunun finalı futbol tarixinin ən uzun fasiləsi ilə yadda qalacaq. FİFA, sən hara yuvarlanırsan?”

Xatırladaq ki, Zep Blatter 2015-ci ildə korrupsiya və rüşvət qalmaqalları fonunda vəzifəsindən istefa vermiş, İsveçrə rəsmiləri tərəfindən fırıldaqçılıqda ittiham olunsa da, 2022-ci ildə məhkəmə tərəfindən bəraət almışdı. Hazırda FİFA-ya onun xələfi Canni İnfantino rəhbərlik edir.

Paylaş:

Xəbər Lenti

İngiltərə 60 illik fasilədən sonra mundialda medal qazandı

19.07.26 | 03:10

Lionel Skaloni: “Maradona üçün darıxdığımız kimi, indi də Messidən zövq almalıyıq”

19.07.26 | 03:41

Luis de la Fuente: “Məni final deyil, vertolyotla qayıtmaq həyəcanlandırır”

19.07.26 | 03:27

DÇ-2026-nın böyük finalı: İspaniya və Argentina Nyu-Yorkda tarix yazmağa hazırlaşır

19.07.26 | 02:00

DÇ-2026-nın finalı ğncəsi psixoloji müharibə: Laportdan Argentina və hakimə sərt xəbərdarlıq

19.07.26 | 01:27

Zep Blatterdən FİFA-ya sərt tənqid: “Dünya Çempionatının finalı superboula çevrilir”

19.07.26 | 01:18

Mbappədən emosional vida

19.07.26 | 01:03

FİFA və UEFA arasında “müharibə”: Futbol dünyasını iki yerə bölən VAR qalmaqalı!

19.07.26 | 00:13

Uşaqlıq sevgisindən çempionluq tribunasınadək: Dünya Çempionatının ulduzları və onların xanımları

19.07.26 | 00:49

Aydın Süleymanlı İsveçrədə klassik şahmat üzrə birinci oldu

18.07.26 | 23:06

“Şamaxı” heyətini portuqaliyalı yarımmüdafiəçi ilə gücləndirdi

18.07.26 | 23:11

Cenk Sümer: “90 illiyimizdə yeganə hədəfimiz çempionluqdur”

18.07.26 | 22:22

Yuri Vernidub: “Neftçi”ni daha da gücləndirəcəyik, əsas hədəf Konfrans Liqasının qrupudur”

18.07.26 | 22:51

Emreli karyerasını Polşa çempionatında davam etdirəcək

18.07.26 | 22:20

Nyu-Yorkda “ulduz paradı” və Messinin gözlənilməz gedişi

18.07.26 | 18:43

“Tale qovuşması”: Messinin körpə Yamalla fotosu dünya gündəmində

18.07.26 | 17:20

Bolqarıstan mətbuatı “Qarabağ”dan yazır: “Yaralı, lakin təhlükəli”

18.07.26 | 17:34

UEFA-dan ÇSKA-ya sərt xəbərdarlıq: Bakıdakı oyuna azarkeş qadağası istisna edilmir

18.07.26 | 16:46

Süleymanlıdan ardıcıl üçüncü heç-heçə

18.07.26 | 16:05

KL-dəki təmsilçilərmizin hər iki oynunun yeri və vatı bəlli oldu

18.07.26 | 16:33