Premyer Liqa təmsilçisi “Şamaxı” növbəti transferini rəsmiləşdirib. Bölgə klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, “şimali-qərb” təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Markeşlə anlaşıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Markeşin son komandası ölkəsinin “Amora” klubu olub.