Mbappədən emosional vida

19.07.26 | 01:03
Dünya futbolu

DÇ-2026-nın bürünc medal uğrunda keçiriləcək İngiltərə ilə qarşılaşması Didye Deşam üçün Fransa millisinin sükanı arxasında sonuncu oyun olacaq. 14 illik epoxanın bitdiyini turnirdən öncə elan edən 57 yaşlı mütəxəssisin son qızıl medal arzusu yarımfinalda İspaniyaya 0:2 hesablı məğlubiyyətlə puç oldu.

Bu tarixi vida ərəfəsində “X” platformasında emosional paylaşım edən Fransa yığmasının kapitanı Kilian Mbappe baş məşqçisi ilə belə vidalaşıb: “Bu gün sizin son rəqsinizdir. Bizə bu qədər çox şey qazandıran bir insana daha layiqli bir final bəxş etməli idik, təəssüf ki, bacarmadıq. Son 14 ildə bizim üçün etdiklərinizi sözlərlə anlatmaq çətindir. Siz bu komandanın yenidən doğulmasının əsas hərəkətverici qüvvəsi oldunuz. İnsanlar böyüklüyünüzü hər zaman layiqincə qiymətləndirməsə də, zaman və tarix bunu mütləq təsdiqləyəcək…”.

Deşamın Fransa futbolundakı mirası həqiqətən də unikaldır. O, Mario Zaqallo və Frans Bekkenbauerlə yanaşı, dünya çempionluğunu həm futbolçu (1998), həm də baş məşqçi (2018) kimi qazanan cəmi üç əfsanədən biridir. Onun rəhbərliyi altında fransızlar 2022-ci ildə dünya çempionatının gümüş medallarına da sahib çıxıblar.

Mbappe paylaşımını bu sözlərlə tamamlayıb: “Ölkəmizin ən böyük əfsanələrindən birinin yanında olmaq mənim üçün böyük şərəf idi. Birlikdə yaşadıqlarımız və nail olduqlarımız ağlımda ən gözəl xatirələr kimi qalacaq”. Ulduz hücumçu Deşama millidəki xidmətlərinə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Paylaş:

Xəbər Lenti

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59