FİFA və UEFA arasında “müharibə”: Futbol dünyasını iki yerə bölən VAR qalmaqalı!

19.07.26 | 00:13
Dünya futbolu

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) VAR texnologiyasının tətbiqi ilə bağlı yeni qaydaları qəbul etməkdən imtina edir. FİFA-nın mundialda sınaqdan keçirdiyi və futbolçuların simulyasiya (hakimi aldatma) cəhdlərinə görə cəzalandırılmasını nəzərdə tutan VAR müdaxiləsi, beynəlxalq turnirlərlə Avropa kubokları arasında ciddi qayda ziddiyyəti yaradıb.

Dünya Çempionatında yaşanan qalmaqallardan sonra Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (IFAB) VAR-ın səlahiyyətlərini genişləndirdi. Yeni qaydaya əsasən, video köməkçi hakimlər simulyasiya hallarını qeydə alaraq baş hakimin ilkin qərarını ləğv edə və qaydanı pozan deyil, hakimi aldatmağa çalışan oyunçunun cəzalandırılmasını tələb edə bilər. Turnir zamanı iki futbolçunun məhz bu səbəbdən ikinci sarı vərəqə ilə meydandan qovulması müzakirələri alovlandırıb.

Bu qaydanın tətbiq olunduğu ilk insident ev sahibi ABŞ ilə oyunun startında yaşandı. Niderlandlı referei Denni Makkeli VAR-ın xəbərdarlığından sonra Tim Rimin sarı vərəqəsini ləğv etdi, imitasiya ilə penalti qazanmağa çalışan paraqvaylı Migel Almironu isə ikinci sarı vərəqə ilə meydandan qovdu. Oxşar hadisə pley-off mərhələsinin İsveçrə – Argentina matçında da təkrarlandı: hakim Leandro Paredesə verdiyi xəbərdarlığı geri götürdü, simulyasiya edən Bril Embolo isə ikinci xəbərdarlıqla komandasını taleyüklü anda azlıqda qoydu.

FİFA və IFAB bu dəyişikliyi rəsmən dəstəkləsə də, UEFA öz turnirlərində bu yeniliyə qapını bağlayıb. Avropa futbol qurumunun qaydalarına görə, VAR simulyasiya bəhanəsi ilə baş hakimin qərarına müdaxilə edə bilməz. Bu isə o deməkdir ki, analoji qayda pozuntuları Çempionlar Liqası və digər UEFA turnirlərində fərqli idarə olunacaq. Tənqidçilər bəyan edirlər ki, VAR-ın səhv qərarları düzəltmək imkanlarının yalnız simulyasiya ilə məhdudlaşdırılması məntiqsizdir. Texnologiya pozuntunun xarakterindən asılı olmayaraq, qaydanı pozan oyunçunun şəxsiyyətinin müəyyənləşdirilməsində eyni dərəcədə effektiv olmalıdır. UEFA da FİFA-nın bu addımının ədalət prinsiplərinə tam cavab vermədiyini düşünür və bu şübhələri bölüşür.

Paylaş:

Xəbər Lenti

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59