Yuri Vernidub: “Neftçi”ni daha da gücləndirəcəyik, əsas hədəf Konfrans Liqasının qrupudur”

18.07.26 | 22:51
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın təlim-məşq toplanışının yekunları, transfer çalışmaları və Avropa kuboklarındakı hədəfləri barədə geniş açıqlama verib.

Hazırlıq prosesini yüksək qiymətləndirən ukraynalı mütəxəssis, ağır fiziki yükləmələrə baxmayaraq, planlaşdırılan bütün yoxlama oyunlarını uğurla başa vurduqlarını bildirib. Toplanış müddətində heç bir futbolçunun zədələnməməsini ən müsbət məqam kimi vurğulayan Vernidub, komandanın mövsümə yaxşı bünövrə ilə başladığını qeyd edib.

Azarkeşlərin yeni mövsümdə komandadan böyük gözləntilərinin olduğunu vurğuluyan təcrübəli çalışdırıcı, böyük vədlər verməkdən çəkinsə də, iddialı danışıb. O, “Neftçi”nin minimum hədəfinin Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olduğunu və bunun üçün bütün imkanların səfərbər edildiyini vurğulayıb. Lakin baş məşqçi bu yolun asan olmayacağını və hazırda bütün diqqətin təsnifat mərhələsindəki ilk rəqibə yönəldiyini bildirib.

Konfrans Liqasındakı rəqibləri olan “Dinamo” (Minsk) klubunun hazırkı durumunu dəyərləndirən Vernidub, rəqibin Belarus çempionatının lideri kimi turnir ritmində olduğunu və onları olduqca çətin iki oyun gözlədiyini diqqətə çatdırıb. Bununla belə, baş məşqçi komandasının bu sınağa tam hazır olduğunu bəyan edib.

“Neftçi”nin transfer fəaliyyətinə də toxunan ukraynalı mütəxəssis, artıq 4 yeni oyunçunun heyətə qatıldığını, lakin güclənmək prosesinin bitmədiyini söyləyib. Səhv etmək istəmədiklərini bildirən Vernidub, transfer bazarında konkret mövqelər üzrə işlədiklərini gizlətməyib: “Hansı mövqeləri gücləndirməli olduğumuzu yaxşı bilirik. Hazırda hücum xəttinə sağ vinger və mərkəzə “səkkiz nömrə” funksiyasını yerinə yetirəcək yarımmüdafiəçi axtarışındayıq”.

Yerli bazardan da danışan baş məşqçi, Rüfət Abbasovun transferindən məmnunluğunu ifadə edib. O, eyni zamanda klubun akademiyasına xüsusi önəm verdiklərini və artıq iki gənc istedadı əsas komandanın düşərgəsinə cəlb etdiklərini bildirib.

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27