DÇ-2026-nın böyük finalı: İspaniya və Argentina Nyu-Yorkda tarix yazmağa hazırlaşır

19.07.26 | 02:00
Dünya futbolu

Dünya futbolunun iki nəhəngi – hazırkı Avropa çempionu İspaniya və son Dünya və Amerika Kubokunun qalibi Argentina planetin ən böyük kuboku uğrunda üz-üzə gəlir. Bu, sadəcə bir final deyil, qitələrin, nəsillərin və futbol fəlsəfələrinin tarixi toqquşmasıdır.

DÇ-2026-nın finalı qeyri-adi bir statistik göstərici ilə də fərqlənir. FİFA reytinqinin yaradıldığı 1992-ci ildən bəri ilk dəfədir ki, siyahının ilk iki pilləsində qərarlaşan komandalar – birinci yerdəki Argentina və ikinci pillədəki İspaniya finalda qarşılaşır. Maraqlıdır ki, indiyədək turnirə reytinq lideri kimi başlayan heç bir milli komanda kuboku qazana bilməyib və Argentina indi bu ənənəni qırmağa çalışacaq. Eyni zamanda, bu qarşılaşma həm də ləğv edilmiş “Finalissima”nın qeyri-rəsmi əvəzi hesab olunur. Avropa və Cənubi Amerika çempionları hələ bu il Qətərdə qarşılaşmalı olsalar da, Yaxın Şərqdəki hərbi-siyasi gərginlik planları pozmuşdu. İndi isə onlar daha böyük bir səhnədə münasibətlərinə aydınlıq gətirəcəklər.

Nyu-Yorkdakı final bütün dünyanın maraqla gözlədiyi başqa bir duelə – 39 yaşlı canlı əfsanə Lionel Messi və futbolun yeni parlayan ulduzu Lamine Yamalın əsas milli komandalar səviyyəsində ilk toqquşmasına səhnə olacaq. İspaniya millisi bu matça həm də tarixi bir seriya ilə çıxır. Sonuncu dəfə 2024-cü ilin martında Kolumbiyaya məğlub olan “Qırmızı furiya” hazırda ardıcıl 37 oyundur ki, yenilmir. Əgər finalda Avropa təmsilçisi qalib gələrsə və ya matç penaltilər seriyasına gedərsə, İtaliyanın 37 oyunluq məğlubiyyətsizlik rekordunu qıraraq mütləq dünya rekordçusu olacaq.

Matçın nəticəsindən asılı olmayaraq, hər iki baş məşqçidən biri dünya futbol tarixinə adını qızıl hərflərlə yazdıracaq. Komandasını Avropa çempionu etmiş Luis de la Fuente qələbə qazanacağı təqdirdə, həm Dünya, həm də Avropa çempionatını qazanan tarixdəki üçüncü məşqçi (Helmut Şen və Visente del Boskedən sonra) olacaq. Argentina yığmasının çalışdırıcısı Lionel Skaloni isə komandasını ardıcıl ikinci dünya çempionluğuna daşımağa iddialıdır. O, buna nail olarsa, italiyalı əfsanə Vittorio Pozzodan (1934, 1938) sonra bunu bacaran ilk məşqçi kimi təxminən 90 illik həsrətə son qoyacaq.

Altıncı Dünya Kubokunda özünün son həlledici matçına çıxan Lionel Messi üçün bu final xüsusi əhəmiyyət daşıyır. O, oyunqabağı sosial şəbəkələrdə “Adidas”ın ona xüsusi hazırladığı “Son Tanqo” butslarını və Argentina bayrağını paylaşaraq, “İrəli, finala doğru, Argentina!” mesajı ilə son döyüşə hazır olduğunu nümayiş etdirib. Onunla birlikdə hazırkı heyətdəki 26 futbolçudan 17-si artıq dünya çempionudur və bazar günü yenidən zirvəyə qalxacaqları halda, futbol tarixində ikiqat dünya çempionu olmuş 20 nəfərlik elit siyahı əhəmiyyətli dərəcədə genişlənəcək.

Lakin final ərəfəsində hər iki komandanın hazırlıq prosesinə təbiət sürprizi ciddi müdaxilə edib. Yerli vaxtla 11:00-da başlaması planlaşdırılan İspaniya millisinin məşqi FİFA nümayəndələrinin xəbərdarlığı ilə güclü ildırım çaxması səbəbindən ləğv edilib. Onlardan 8 kilometr aralıda yerləşən Argentina millisi də eyni hava şəraitinə görə hazırlıq prosesini təxirə salmaq məcburiyyətində qalıb. Görünür, təbiət belə bu böyük futbol fırtınası öncəsi sakitliyini qoruya bilmir.

Dünya kuboku, final

İspaniya – Argentina

Tarix və saat: 19 iyul, 23:00

Hakim: Slavko Vinçiç (Sloveniya)

Məkan: “Metlife” stadionu (Nyu-York)

Canlı yayım: İctimai TV, TRT 1, Matç TV

Paylaş:

Xəbər Lenti

İngiltərə 60 illik fasilədən sonra mundialda medal qazandı

19.07.26 | 03:10

Lionel Skaloni: “Maradona üçün darıxdığımız kimi, indi də Messidən zövq almalıyıq”

19.07.26 | 03:41

Luis de la Fuente: “Məni final deyil, vertolyotla qayıtmaq həyəcanlandırır”

19.07.26 | 03:27

DÇ-2026-nın böyük finalı: İspaniya və Argentina Nyu-Yorkda tarix yazmağa hazırlaşır

19.07.26 | 02:00

DÇ-2026-nın finalı öncəsi psixoloji müharibə: Laportdan Argentina və hakimə sərt xəbərdarlıq

19.07.26 | 01:27

Zep Blatterdən FİFA-ya sərt tənqid: “Dünya Çempionatının finalı superboula çevrilir”

19.07.26 | 01:18

Mbappədən emosional vida

19.07.26 | 01:03

FİFA və UEFA arasında “müharibə”: Futbol dünyasını iki yerə bölən VAR qalmaqalı!

19.07.26 | 00:13

Uşaqlıq sevgisindən çempionluq tribunasınadək: Dünya Çempionatının ulduzları və onların xanımları

19.07.26 | 00:49

Aydın Süleymanlı İsveçrədə klassik şahmat üzrə birinci oldu

18.07.26 | 23:06

“Şamaxı” heyətini portuqaliyalı yarımmüdafiəçi ilə gücləndirdi

18.07.26 | 23:11

Cenk Sümer: “90 illiyimizdə yeganə hədəfimiz çempionluqdur”

18.07.26 | 22:22

Yuri Vernidub: “Neftçi”ni daha da gücləndirəcəyik, əsas hədəf Konfrans Liqasının qrupudur”

18.07.26 | 22:51

Emreli karyerasını Polşa çempionatında davam etdirəcək

18.07.26 | 22:20

Nyu-Yorkda “ulduz paradı” və Messinin gözlənilməz gedişi

18.07.26 | 18:43

“Tale qovuşması”: Messinin körpə Yamalla fotosu dünya gündəmində

18.07.26 | 17:20

Bolqarıstan mətbuatı “Qarabağ”dan yazır: “Yaralı, lakin təhlükəli”

18.07.26 | 17:34

UEFA-dan ÇSKA-ya sərt xəbərdarlıq: Bakıdakı oyuna azarkeş qadağası istisna edilmir

18.07.26 | 16:46

Süleymanlıdan ardıcıl üçüncü heç-heçə

18.07.26 | 16:05

KL-dəki təmsilçilərmizin hər iki oynunun yeri və vatı bəlli oldu

18.07.26 | 16:33