Lionel Skaloni: “Maradona üçün darıxdığımız kimi, indi də Messidən zövq almalıyıq”

19.07.26 | 03:41
Dünya futbolu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın İspaniya ilə final matçı öncəsi mətbuat konfransı keçirib. “AS” nəşrinə istinadən xəbər veririk ki, “Albiseleste”nin çalışdırıcısı həlledici qarşılaşma, rəqibin taktiki gedişləri, Lionel Messi və İngiltərə ilə matçdan sonrakı duyğusal anları barədə danışıb.

Finala xüsusi təzyiq altında deyil, həmişəki kimi hazırlaşdıqlarını deyən mütəxəssis rəqibi belə dəyərləndirib: “Ən yaxşı oyunumuzu nümayiş etdirməliyik. İspaniyanın ‘avtobus’ qurması ehtimalı məni indidən narahat edir… Lakin biz bunun baş verməməsinə çalışacağıq. Həmkarım Luis de la Fuente ilə dostuq, hazırda isə onunla sürreal bir vəziyyətdə üz-üzəyik. Hər iki komanda topa nəzarət edərək oyunu diktə etməyi sevir, üslublarımız bənzərdir. Təcrübəli oyunçular meydana çıxdıqdan sonra isə hər cür təzyiqi unudub sadəcə futbol oynayırlar”.

Müdafiənin sağ cinahındakı vəziyyətə və hazırlıq prosesinə də toxunan mütəxəssis vaxt darlığından gileylənib: “Montiel və Molina hər zamankı kimi formadadır. Oyun vaxtını bölmək üçün onlara növbə ilə şans veririk. Final öncəsi vaxtımız çox az oldu. Dünən gecə saatlarında gəldik və mətbuat konfransına çatdırmaq üçün bugünkü məşqimizi qısaltmaq məcburiyyətində qaldıq”.

Yarımfinalda İngiltərə üzərindəki qələbədən sonrakı göz yaşlarına aydınlıq gətirən Skaloni azarkeş amilindən bəhs edib: “Öz xalqının necə sevindiyini, necə bayram etdiyini görmək insanı riqqətə gətirir. Buna biganə qalmaq qeyri-mümkündür. Biz onlar üçün oynayırıq. İnsanların Argentinanı izləmək üçün yenidən ekran başına toplaşması ən böyük dəyərdir. Finalın nəticəsindən asılı olmayaraq, bu komanda inanılmaz bir iş gördü, onlara əbədi minnətdaram”.

Baş məşqçi komandanın lideri Lionel Messi barədə də xüsusi qeydlər edib: “Messi tamamilə fərqli bir hekayə, əsl əfsanədir. Onunla qürur duyuram. Dünyanın ən yaxşı futbolçusunun bizim tarix yazdığımızı düşünməsi möhtəşəmdir. Dieqo Maradonanın gedişindən illər sonra belə onun üçün necə darıxırıqsa, indi də Messidən sadəcə zövq almalıyıq. Bu, onun sonuncu dünya çempionatı olacaq? Heç nə deyə bilmərəm, çünki o, bizi təəccübləndirməkdən yorulmur”.

Çıxışının sonunda Skaloni xurafatlardan uzaq olduğunu gülümsəyərək xatırladıb: “Qətərdəki çempionatda bəzi inanclarım var idi. Həmişə eyni idman ayaqqabısını geyinirdim, amma Səudiyyə Ərəbistanına məğlub olduq. Elə o gündən də mənim üçün bütün xurafatlar bitdi”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46