Yarımfinal öncəsi böyük qalmaqal: Mariano Rahoyun irqçi açıqlaması fransızlar qəzəbləndirdi

13.07.26 | 12:01
Dünya futbolu

DÇ-2026-nın yarımfinalında baş tutacaq Fransa – İspaniya matçı öncəsi gərginlik pik həddə çatıb. İspaniyanın keçmiş Baş naziri Mariano Rahoyun Fransa millisi haqqında verdiyi qalmaqallı bəyanat irqçilik kimi qiymətləndirilib.

Dünya futbolunun iki əsas fazoritinin yarımfinal qarşılaşması bütün planetdə böyük həyəcanla gözlənilir. Fransa dörddəbir finalda Mərakeşi sıradan çıxararaq adını son dörd komanda arasına yazdırıb, İspaniya isə eyni mərhələdə Belçikanı turnirdən kənarlaşdırıb. Lakin bu möhtəşəm idman duelinin kölgəsinə artıq siyasətçilərin qalmaqallı bəyanatları düşməyə başlayıb.

Qalmaqalın mərkəzində İspaniyanın keçmiş Baş naziri Mariano Rahoy dayanır. O, “El Debate” nəşri üçün qələmə aldığı köşə yazısında yarımfinal oyununu dəyərləndirərkən qəbulolunmaz ifadələrə yol verib: “Fransanın ikiqat dünya çempionu və son dünya çempionatının finalçısı olduğunu unutmaq olmaz. Onlar bu turnirdə bütün oyunlarını qazanıblar (…) Çox güclü heyətə malikdirlər. Lakin bu heyət fransızlar olmadan formallaşıb. Onlar çox yaxşı oynayırlar və bizim üçün həddindən artıq ciddi rəqib olacaqlar”.

Rahoyun bu fikirləri Fransada dərhal böyük etiraz dalğasına səbəb olub. Ölkənin nüfuzlu “L’Équipe” nəşri və digər aparıcı kütləvi informasiya vasitələri sabiq Baş nazirin sözlərini kəskin tənqid edərək bunu irqçilik adlandırıblar.

“L’Équipe” məsələyə münasibətini bu sözlərlə ifadə edib: “Bu ifadə komandanın taktikası və oyunu haqqında kifayət qədər nizamsız bir təhlilin arasında yer alsa da, Didye Deşamın futbolçularının mənşəyinə açıq-aşkar irqçi bir eyhamdır”.

Məsələnin həqiqəti isə tamamilə fərqlidir. Fransa millisinin bir çox üzvü immiqrant köklərə sahib olsa da – məsələn, Kilian Mbappenin atası Kamerun, anası isə Əlcəzair mənşəlidir – onların mütləq əksəriyyəti məhz Fransada doğulub boya-başa çatıblar. Bütün beynəlxalq idman reqlamentlərinə və hüquqi normalara tam cavab verən bu futbolçular, Fransa vətəndaşı kimi doğma ölkələrinin şərəfini meydanda layiqincə qoruyurlar.

Lakin görünən odur ki, böyük oyun öncəsi psixoloji təzyiq və siyasi populizm idman etikası sərhədlərini aşmaqda davam edir.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41