“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49
Ölkə futbolu

Premyer Liqanın V turu çərçivəsində səfərdə “Sumqayıt”la heç-heçə (1:1) oynayan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçrilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Mütəxəssis qarşılaşmanı dəyərləndirərək futbolçularının mübarizəsindən razı qaldığını bildirib: “Çətin oyun olacağını bilirdik. Futbolçularım hər iki hissədə pis təsir bağışlamadılar. Fərdi səhv üzündən qapımızda qol gördük, lakin bu da futbolun bir parçasıdır. Oyunçularım meydanda görmək istədiyim futbolu nümayiş etdirdilər. Qələbə üçün sona qədər vuruşsalar da, istədiyimizi ala bilmədik”.

Komandanın növbəti matçlarını doğma azarkeşləri önündə keçirəcəyinə toxunan Bağırov psixoloji amilin mənfi təsir etməyəcəyini vurğulayıb: “Hər hansı bir problemin olacağını düşünmürəm. Növbəti matçda bunu dərindən hiss edəcəyik. Öz azarkeşlərimiz önündə oynamaq hər zaman daha rahat və əlverişlidir”.

Mütəxəssis keçmiş təcrübəsindən dərs çıxardığını və növbəti turlarda eyni enişin yaşanmaması üçün çalışdıqlarını qeyd edib:  “Hər kəs etdiyi səhvlərdən nəticə çıxarmalıdır. Vaxtilə ‘Araz-Naxçıvan’da çalışarkən mənim də müəyyən səhvlərim olmuşdu. İndi psixoloji və taktiki baxımdan həmin təcrübələrdən doğru nəticələr çıxararaq yolumuza davam edirik”.

Paylaş:

Xəbər Lenti

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35