Premyer Liqada V turun həyəcanı davam edir. Oyun həftəsinin üçüncü günündə azarkeşləri daha iki maraqlı qarşılaşma gözləyir.
Günün ilk oyununda “Araz-Naxçıvan” Şamaxıda “Turan-Tovuz”u qəbul edəcək. Günün mərkəzi görüşündə isə turnir cədvəlinin üst pillələrində qərarlaşan “Zirə” öz meydanında “Qarabağ”la üz-üzə gələcək.
13 sentyabr
16:30 “Araz-Naxçıvan” – “Turan-Tovuz”
Baş hakim: Əlcin Məsiyev
Şamaxı şəhər stadionu
19:00 “Zirə” – “Qarabağ”
Baş hakim: Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
Turun sonuncu oyunu isə sabah keçiriləcək:
14 sentyabr
19:00 “Şafa” – “Sabah”
Baş hakim: Nicat İsmayıllı
Sumqayıt, “SOKAR Polimer Arena”
Turun daha əvvəl keçirilmiş oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “İmişli” – “Neftçi” (2:3), “Kəpəz” – “Qəbələ” (1:0), “Sumqayıt” – “Şamaxı” (1:1).
Turnir cədvəli
| Komanda | O | Q | H | M | T | X |
| Neftçi | 5 | 4 | 0 | 1 | 15-5 | 12 |
| Sabah | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
| Qarabağ | 3 | 3 | 0 | 0 | 7-3 | 9 |
| Zirə | 4 | 3 | 0 | 1 | 6-6 | 9 |
| Turan Tovuz | 4 | 2 | 1 | 1 | 3-2 | 7 |
| Kəpəz | 4 | 2 | 0 | 2 | 3-6 | 6 |
| Şamaxı | 5 | 1 | 3 | 1 | 6-5 | 6 |
| Qəbələ | 5 | 1 | 1 | 3 | 2-4 | 4 |
| İmişli | 5 | 1 | 1 | 3 | 5-8 | 4 |
| Şafa | 4 | 1 | 0 | 3 | 2-7 | 3 |
| Araz-Naxçıvan | 4 | 0 | 1 | 3 | 2-9 | 1 |
| Sumqayıt | 4 | 0 | 1 | 3 | 3-7 | 1 |
Bombardirlər:
B. Almeyda (“Neftçi”) – 6
Mikkels (“Sabah”) – 4