Valdas Dambrauskas: “Keçən illə müqayisədə bir addım irəli atmışıq”

06.07.26 | 18:08
Ölkə futbolu

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Uelsin “Nyu-Sents” klubunu qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə mətbuat konfransı keçirib. Masazırda baş tutacaq qarşılaşma ərəfəsində litvalı mütəxəssis komandanın hazırlıq durumu və rəqib barədə fikirlərini bölüşüb.

Yeni mövsümün başlaması münasibətilə hər kəsi təbrik edən Dambrauskas, Azərbaycanı Çempionlar Liqasında təmsil etməyin böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu mövsüm bizim üçün ən azı ötənilki qədər uğurlu alınacaq. Çempionlar Liqasında ölkəmizi təmsil etmək bizə həm böyük qürur verir, həm də üzərimizə ciddi məsuliyyət qoyur. Sabahkı matçı böyük həyəcan və intizarla gözləyirik. Avstriyadakı iki həftəlik hazırlıq prosesi yüksək səviyyədə keçdi. Komandamız tam hazırdır. Sabah meydanda ən yaxşı oyunumuzu nümayiş etdirəcəyimizə 100 faiz əmin ola bilərsiniz”.

Baş məşqçi komandanın təlim-məşq toplanışındakı çıxışından və yeni transferlərin adaptasiya prosesindən razılığını ifadə edib. Avstriyada çox güclü rəqiblərlə qarşılaşdıqlarını və keyfiyyətli toplanış keçdiklərini bildirən mütəxəssis, hazırlıq səviyyəsini belə qiymətləndirib: “Bu müddətdə 21 məşqimiz baş tutdu. Əlbəttə, bu sayın 25-26 olmasını istərdim, lakin ümumi mənzərə müsbətdir. Futbolçularımız yaxşı formadadırlar. Heyətimizə qoşulan yeni oyunçuların adaptasiyası üçün bu toplanış əla fürsət oldu”. Dambrauskas komandanın ötən mövsümlə müqayisədə daha üstün vəziyyətdə olduğunu vurğulayaraq, “Keçən ilin analoji dövrü ilə müqayisədə klub olaraq irəliyə doğru böyük bir addım atmışıq. Bu dəfə mövsümə daha yaxşı hazırlıqla başlayırıq”.

Rəqib “Nyu-Sents” klubunun analizini futbolçularına çatdırdığını bildirən Dambrauskas, Uels təmsilçisinin təhlükəli tərəflərinə diqqət çəkib: Rəqibin detallı analizini artıq komandama təqdim etmişəm‘Nyu-Sents’ olduqca təcrübəli komandadır, heyətində uzun illərdir bir yerdə oynayan futbolçular var. Ötən mövsüm daxili çempionatda ən yaxın izləyicisini 20 xal qabaqlayıblar. Meydana yalnız qələbə üçün çıxan bir rəqiblə oynayacağıq. Onlara xırda bir boşluq versəniz, bundan maksimum istifadə edəcəklər. Ona görə də biz ilk növbədə öz oyunumuza konsentrasiya olmalı və səhvə yol verməməliyik”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02