Saşa İliç: “Fasiləyə yaxın vəziyyət fəlakətli idi”

21.02.26 | 01:53
Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Qəbələ” ilə oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib.

Serbiyalı mütəxəssis qolsuz bərabərliklə başa çatan qarşılaşmanı şərh edərək komandasının çıxışını dəyərləndirib: “Oyunun ilk 20 dəqiqəsində yaxşı futbol nümayiş etdirdik. Lakin birinci hissənin sonuna yaxın meydanda vəziyyət bizim üçün fəlakətli hal almağa başladı. İkinci hissədə oyunumuzda müəyyən düzəlişlər etdik, amma təəssüf ki, qələbə qolunu vura bilmədik”.

Jurnalistlərin futbolçuların əldə olunan fürsətlərə qarşı məsuliyyətsiz yanaşması barədə sualına baş məşqçi belə cavab verib: “Xeyr, futbolçuların məsuliyyətsiz olduğunu deməzdim. Onlar sadəcə ötürmələrdə və qərar qəbulunda səhvlərə yol verirlər. Problem oyunçuların yanaşmasında yox, texniki qərarlardadır”.

Ardıcıl üç oyundur qələbə qazana bilməyən “Sumqayıt”ın turnir cədvəlindəki mövqeyi və avrokubok şansları barədə danışan İliç optimistliyini qoruyub: “Qarşıda hələ çox oyunumuz var. Bizi ciddi və çətin sınaqlar gözləyir. Hədəfimiz növbəti matçlarda maksimum nəticə göstərmək və turnir cədvəlindəki iddiamızı davam etdirməkdir”.

Paylaş:

Xəbər Lenti

İspaniya Kabo-Verde səddində büdrədi

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24