​Qurban Qurbanov: “Mərhələ keçmək üçün Bakıdakı matçdan daha yaxşı oynamalıyıq”

29.07.26 | 23:55
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın CSKA (Sofiya) komandası ilə keçiriləcək cavab matçından öncə təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.

​Təcrübəli mütəxəssis ilk oyundakı heç-heçədən sonra hər iki kollektivin mərhələ şanslarını bərabər qiymətləndirib və cavab qarşılaşmasının gərgin keçəcəyini bildirib:

“İlk oyunun nəticəsi bərabərliklə yekunlaşıb və cavab matçında hər iki komanda qalib gəlmək istəyir. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu durum bizi daha da məsuliyyətli olmağa sövq edir. Deyərdim ki, bərabər səviyyəli iki komanda mübarizə aparır. Hər bir halda inanıram ki, azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini nümayiş etdirək”.

Yay transfer pəncərəsində komandadan ayrılan əsas heyət üzvləri və yeni gələnlərin potensialı barədə danışan Q.Qurbanov keçmişə deyil, gələcəyə fokuslandıqlarını vurğulayıb:

“Kollektivə tam uyğunlaşmış və oyunumuzu zənginləşdirən iki vacib futbolçumuz başqa klublara keçdi. Onlar komandamız üçün çox dəyərli idilər. Lakin keçmişə boylanmaq düzgün olmazdı. Heyətimizdə çox istedadlı yeni oyunçular var və mən onlara güvənirəm. Düzdür, fərqli üsluba malikdirlər, lakin özünəməxsus maraqlı oyun manevrləri var. İnanıram ki, gedən futbolçuların yoxluğunu hiss etdirməyəcək, meydana maksimum istəklə çıxaraq sona qədər mübarizə aparacaqlar”.

​Bolqarıstan təmsilçilərinə qarşı əvvəlki illərdə qazanılan böyükhesablı qələbələrin arxayınlıq yaratmayacağını bildirən mütəxəssis, futbolda sürprizlərə yer olduğunu xatırladıb:

“Biz keçmiş nəticələr haqqında düşünmürük. İki il əvvəl 7 qol vurmağımız o demək deyil ki, bu gün də eyni nəticəni rahatlıqla təkrarlaya biləcəyik. Futbolda belə hesablar nadir hallarda olur. Bakıdakı ilk matçda rəqibin nə dərədə güclü olduğunu bir daha gördük. Müasir futbolda səviyyələr bərabərləşib. Bizim üçün əsas olan hesabın fərqi deyil – istər bir, istərsə də iki top fərqi olsun, vacib olan düzgün oyun qurmaqdır. Bu rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz”.

​Xatırladaq ki, iyulun 30-da Sofiyadakı “Vasil Levski” adına Milli Stadionda keçiriləcək CSKA (Sofiya) – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02