Qurban Qurbanov: “Ciddi transfer işləri aparılır, gələnlər də olacaq, gedənlər də”

20.06.26 | 22:51
Ölkə futbolu

“Zirə” ilə keçirilən yoxlama matçını (4:3) dəyərləndirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk hazırlıq mərhələsinin gedişatından və futbolçuların məsuliyyətindən razı qaldığını bildirib. Oyunçuların düşərgəyə fərqli vaxtlarda qoşulması səbəbindən fiziki hazırlıqda müəyyən disbalansın yarandığını qeyd edən mütəxəssis, bunun ilkin dövr üçün normal olduğunu vurğulayıb.

Heyətin tədricən yeniləndiyini və şans verilən yeni transferlərin zamanla komandaya uyğunlaşaraq daha faydalı olacaqlarına inandığını deyən baş məşqçi, bu prosesin daha sürətli getməsini istədiyini gizlətməyib. Hazırda bir neçə mövqeni gücləndirmək üçün ciddi transfer işlərinin aparıldığını bildirən Qurbanov, heyətə yeni qoşulacaq futbolçuların olacağı kimi, komandadan gedişlərin də mümkün olduğunu diqqətə çatdırıb.

Mövsümün planlarından da söz açan təcrübəli mütəxəssis ilk rəsmi matça qədər optimal formaya düşməyə çalışacaqlarını bəyan edib. Yeni komanda formalaşdırdıqları üçün müəyyən çatışmazlıqların qaçılmaz olduğunu və buna hazırlıqlı olduqlarını deyən Qurbanov, “Qarabağ”ın cari mövsümdəki əsas hədəfinin Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq olduğunu vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02