Qismət Alıyev: “Biz Kutaisidə çətin 90 dəqiqə gözləyir”

09.07.26 | 12:46
Ölkə futbolu

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu darmadağın edən (3:0) “Zirə”nin kapitanı Qismət Alıyev ölkə mətbuatına müsahibə verib. Təcrübəli müdafiəçi parlaq qələbə, cavab görüşünün çətinlikləri, “Turan Tovuz” ətrafında yaşananlar və komandasının mövsüm hədəfləri barədə fikirlərini bölüşüb.

İlk matçdakı böyükhesablı qələbəni dəyərləndirən komanda kapitanı rəqibin gücünə bələd olduqlarını və oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb: “Bizi güclü rəqiblə mübarizənin gözlədiyini bilirdik. Məlumdur ki, Torpedo Gürcüstan Superkubokunun son qalibidir. Təlim-məşq toplanışı üçün vaxtımız az olsa da, əlimizdən gələni etdik. Avrokuboklarda hər mərhələ həm klubun, həm də futbolçuların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Meydanda maksimumum gücümüzü qoyduq və vacib qələbə qazandıq. Lakin hesab aldadıcı olmamalıdır, cavab görüşünün daha çətin keçəcəyini düşünürəm”.

Qismət Alıyev Gürcüstandakı cavab matçında rəqibin ilk dəqiqələrdən təzyiqi artıracağını və “Zirə”nin istənilən ssenariyə hazır olmalı olduğunu bildirib:  “Meydan və azarkeş dəstəyi rəqibin xeyrinə olacaq. Onlar ilk dəqiqələrdən hücuma atılacaqlar. Biz çox diqqətli və istəkli başlamalıyıq. İlk matçdakı üstünlük bizi qətiyyən arxayınlaşdırmamalıdır. Rəqib ilk oyunu təhlil edib müəyyən dəyişikliklərə əl ata bilər. Biz də buna uyğun hazırlıqlı olmalıyıq. İlk matçda tapşırıqları yerinə yetirdik, amma qarşıda daha çətin 90 dəqiqə var”.

Ötən mövsüm Premyer Liqanı 5-ci pillədə başa vuran “Zirə”nin avrokuboklara vəsiqə qazanması “Turan Tovuz”a tətbiq olunan sanksiya ilə gerçəkləşmişdi. Kapitan bu məsələyə də toxunaraq həmyerlilərinə dəstək olub: Açığı, bu rar hamız üçün üoldu. Avropada çıxış edən hansı Azərbaycan klubu olursa-olsun, bir-birimizə dəstək olmalıyıq. Ümid edirəm ki, gələcək mövsümlərdəTuran Tovuz yenidən avrokuboklarda mübarizə apara biləcək”.

Rəhbərliyin qoyduğu hədəflərdən danışan Alıyev hazırda bütün diqqətin Konfrans Liqasına yönəldiyini bildirib: “İndi bütün diqqətimiz cavab matçına yönəlib. “Zirə” son illərdə daim avrokuboklarda iddialı çıxış edir. Əsas məqsədimiz Premyer Liqada yuxarı pillələr uğrunda mübarizə aparmaq və növbəti mövsümdə də Avropa səhnəsinə vəsiqə qazanmaqdır”.

Qismət Alıyev mümkün transferlərlə bağlı sualı isə belə cavablandırıb: “Bu barədə fikir bildirməyim düzgün olmaz. Hansı mövqeyə güclənmə lazım olduğunu baş məşqçimiz daha yaxşı bilir”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02