“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacağı oyunların tarixi və başlama saatları dəqiqləşib.
İyulun 23-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq ilk görüş saat 20:00-da start götürəcək. İyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-a təyin edilib.