“Oğrular, futbolu məhv etdiniz!” deyən şərhçi mundialdan qovuldu!

25.06.26 | 01:30
Dünya futbolu

DÇ-2026-nın bəzi qaydaları və hakim qərarları növbəti qalmaqala səbəb olub. FIFA turnirdə işləyən paraqvaylı məşhur idman şərhçisi Bruno Veranı akkreditasiyadan məhrum edib.

Hadisə Paraqvay və Türkiyə yığmaları arasında keçirilən və Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş verib.

Qalmaqala matçın salvadorlu baş hakimi İvan Bartonun qərarı səbəb olub. Referi, rəqiblə mübahisə zamanı ağzı əllə yaxud forma ilə gizlətməyi qadağan edən yeni qaydanı pozduğu üçün paraqvaylı ulduz Miqel Almironu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Bu qərardan sonra canlı yayımda emosiyalarını cilovlaya bilməyən “ABC Cardinal” və “ABC TV”nin şərhçisi Vera, FIFA-nı sərt tənqid edib: “Oğrular, oğrular! Futbolu məhv etdiniz. FIFA, futbolu bu günə qoyduğuna görə məsuliyyəti üzərinə götür. Bu, bir rəzalətdir!”

Şərhçinin efirdə işlətdiyi digər ağır ifadələr isə etik normalara sığmadığı üçün tirajlanmayıb.

Bu davranışa dərhal reaksiya verən ali futbol qurumu paraqvaylı jurnalisti turnirdən kənarlaşdırıb. Artıq o, matçları stadionlardan və rəsmi media zonalarından işıqlandıra bilməyəcək.

Hadisədən sonra rəsmi bəyanat yayan Bruno Vera səhvini etiraf edərək idman ictimaiyyətindən və sponsorlardan üzr istəyib. Jurnalist həmçinin FIFA-ya rəsmi məktub göndərərək məsuliyyəti tamamilə öz üzərinə götürdüyünü bildirib.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02