“Neftçi”nin ilk büdrəməsi: Vernidub nəticədən yox, oyundan danışdı

10.03.26 | 07:09
Ölkə futbolu

Bakının “Neftçi” klubu Yuri Vernidubun rəhbərliyi altında ilk məğlubiyyəti ilə üzləşdi. Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a minimum hesabla (0:1) uduzan “ağ-qaralar”ın baş məşqçisi oyundan sonra səmimi və kəskin fikirləri ilə diqqət çəkib. Təcrübəli mütəxəssis həm uğursuz seriyanın qırılmasından, həm də komandadakı kadr çatışmazlığından danışaraq, günahı başqalarında axtarmamağın vacibliyini vurğulayıb.

Məğlubiyyətə layiq deyildik

Yuri Vernidubun rəhbərliyi altında ardıcıl 7 oyundur uduzmayan “ağ-qaralar”ın seriyası Tovuzda qırılıb. Baş məşqçi oyunun gedişatının nəticəyə uyğun olmadığını vurğulayıb: “Gec-tez məğlubiyyət olmalı idi və bu, bu gün baş verdi. Ancaq oyunun gedişatına baxsaq, buna layiq deyildik. Ən azı bir xal qazanmalı, hətta qalib gəlməli idik. Hər iki tərəfin real qol vəziyyətləri az olsa da, rəqib öz şansından yararlandı, biz isə yox. Bununla barışıb işimizə davam etməliyik”.

Heyətdəki rotasiyalar və itkilər

Əsas cinah müdafiəçilərinin yoxluğuna toxunan baş məşqçi, Luis Ortisin zədələnməsinin işləri çətinləşdirdiyini bildirib. Lakin o, komandadakı hər bir oyunçuya güvəndiyini qeyd edib: “Heyətimizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Onlar bura ehtiyat skamyada oturmağa gəlməyiblər. Mən heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Xeyr, onlar yaxşı futbolçulardır. Arzum odur ki, hər oyundan sonra daha da inkişaf etsinlər”.

Heç vaxt günahı sələfimdə axtarmıram

Vernidub bir çox məşqçidən fərqli olaraq, komandanın hazırkı vəziyyətinə görə əvvəlki baş məşqçini günahlandırmaq fikrindən uzaq olduğunu bildirib: “Məndən əvvəl burada həmkarım çalışıb və onun haqqında mənfi heç nə deyə bilmərəm. Komandanı o yığıb, mən isə işləməyə gəlmişəm. ‘Məndən əvvəlkilər günahkardır’ demək mənə yaraşmaz. Zərbəni qəbul etməyi və insan qalmağı bacarmaq lazımdır. Məhz bu prinsiplə çalışdığım bütün klublarda nəticə qazanmışam”.

“Qarabağ”la təxirə salınmış matç və hədəflər

“Qarabağ”la oyunun may ayına təxirə salınmasına da münasibət bildirən mütəxəssis, qərarın PFL tərəfindən verildiyini xatırladıb: “Nə vaxt desələr, oynamağa hazırıq. Güclü rəqiblərlə qarşılaşmaq həmişə maraqlıdır. ‘Turan Tovuz’ da çox güclü komandadır, təsadüfən üçüncü pillədə deyillər. Futbolçularıma dedim ki, gəlin özümüzü yoxlayaq, o səviyyəyə çatmaq üçün nə etməli olduğumuzu görək. Həyat bununla bitmir, yolumuza davam edirik. Növbəti matçda qələbə qazanmağa çalışacağıq”.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27