Sloveniyada təlim-məşq toplanışında olan «Neftçi» bu gün növbəti yoxlama oyununu keçirəcək.
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiya təmsilçisi «Radniçki» (Niş) ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:30-da start götürəcək qarşılaşma «ağ-qaralar» üçün hazırlıq prosesinin mühüm mərhələlərindən biri olacaq.
«Neftçi» Sloveniya toplanışı çərçivəsində buna qədər keçirdiyi yoxlama matçlarında Rumıniyanın «ÇFR Kluj» (1:2) və Serbiyanın «Partizan» (0:1) klublarına məğlub olub. Bakılılar toplanışdakı sonuncu sınağını isə iyulun 13-də Xorvatiyanın «Osiyek» klubuna qarşı keçirəcəklər.