Sloveniyada təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” klubu bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. “Ağ-qaralar” Serbiyanın köklü klublarından olan “Partizan”la qüvvəsini sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, Yuri Vernidubun komandası Sloveniya toplanışı çərçivəsində keçirdikləri ilk yoldaşlıq matçında Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə məğlub olublar. Bakı təmsilçisini qarşıda daha iki sınaq gözləyir. Paytaxt klubu iyulun 10-da əvvəlcə Serbiyanın digər təmsilçisi “Radniçki Niş”, ardınca isə Xorvatiyanın “Osiyek” komandası ilə спарринг matçlarında qüvvəsini sınayacaq.